Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən
və əlavə materiallardan istifadə etməklə dərsin təşkili
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi,
axtarış aparmaq, dərk etmək, tədbiq etmək,
yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые
слова: новые технологии обучения, уровень
технологического развития, проведение исследования, познать, применять, творческий
подход, впедрение курикулума, традиционный урок.
Key
words: new educational technology, the technology level, to research, to comprehense , to use project works, the use of curriculum.
Cəmiyyətimizin bütün sahələrində yeniliklərin
tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır.
Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən
bir təhsil sisteminin qurulması bu yolda
dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin
təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim
metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək
onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir
formalaşdıraraq mühakimə yürütmək
bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox
şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz
edilərək hadisələrin inkişafının qiymətləndirilməsi
şagirdlərin bir şəxsiyyət kimi
formalaşmasında mühüm rol oynayır.
Bu
günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11
siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin
ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların
hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək
şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin,
tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim
edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə
imkan yaradır.
Bu
imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə
ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.
Bir ənənəvi
dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki,
“ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı
budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz
özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri
onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı
yaradıldı ,təbii ki mütərəqqi fikir
üstünlük qazandı.
Ümumilikdə götürdükdə, tarix fənni sirrli maraqlı faktlarla
doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə
e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət
təsir göstərir. Bu zaman şagirdlərin istəyini
və hal-hazırki texnoloji inkişafın istənilən məlumatı əldə etmək imkanını nəzərə
alsaq, ənənəvi dərsləri müasir tələblərə
cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
Bütün fənnlərdə olduğu kimi tarix fənnində də hər bir mövzunun tədrisi
özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və
əlavə materiallar əsasında mövzunun tam
mənimsənilməsinə və şagirdlərin
yaddaşına həkk olunmasına nail olmaq
mümkündür. Məsələn: dərslər ənəəvi
üsulla tədris edilərkən 6-cı sinifdə Ümumi tarixi fənnindən proqrama “Əhəmənilər
dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir
cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və
şagird televiziyada yayınlanan filmlərdə
bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada
göstərilirdi ki, “Əhəmənilər imperiyası
III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü
nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə? Şagirdi bu sual düşündürür: Nə baş verdi?
Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli,
səbəbi şagird özü axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə
axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ”
...E.ə.331-ci
ilin yazında İsgəndər yenidən Asiyada göründü.
Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında
Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də
burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma
oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri
vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən
çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir
neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı…
Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu
İsgəndərin üzünə açıldı. Persepoldakı şah sarayı yandırıldı.Lakin son dərəcə ağır
tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun
toplamağa başladı. III Dara İsgəndərlə
mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun
toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar
qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və
skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı
tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi
Bess tərəfindən öldürülü.” Dərsin
gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid əlavə faktların öyrənilməsi şagirdlərin
yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının tərkibindəki xalqlar onlara edilən zülmün nəticəsində Əhəməni
qoşununda vuruşmaqdan imtina edirlər.
Müasir
dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən,
yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran
şəxsiyyərlər yetişdirmək vəzifəsi durur.
Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş
faktlar gələcəkdə harada olmasından asılı
olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs
prosesində müəllim-şagird baryeri aradan qaldırılır. Belə bir şəraitdə İKT tətbiq edən müəllimin
şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın
bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin
müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq
üçün məsləhətlər alır. Belə işgüzar şərait
onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni
faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da
imkan verir. Müasir dərsin bu gün
qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s.
bacarıqları aşılamaqdır.
Yeni
bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz. Öyrəndiklərini yadda saxlamaları üçün onlara uyğun şərait yaratmaq, xüsusən də tarix dərslərində
maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha
faydalı olar. Məsələn: 8-ci sinif Azərbaycan
tarixi proqramında “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti
altında” adlı mövzu vardır. Bu
mövzuda Məlik Əşrəfin Qızıl Orda xanı Canı bəy tərəfindən taxtdan salmasından bəhs edilir.
Dərslikdə Məlik Əşrəfin edam
olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər
hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə
yazılsa, mövzu çox böyük alınar ki, bu
da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı
kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş
edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar.
Bu zaman şagirdlər dəqiq öyrənirlər ki,
Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki, mənbədə yazılır: ” ...Canı bəy Məlik Əşrəfi öldürmək
fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin,
şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər
ki, Əşrəf öldürülməsə əhali mübarizədən əl
çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına
verir. Məlik Əşrəf edam olunmaq üçün
meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə
atırlar, böyrünə xəncər sancırlar,...Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq
bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin
asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156). Hadisələrin
salnamələrdə əks olunmuş təsviri şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər
dövlətinin süqutunu həmişə dəqiqliklə yadda
saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik
Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş
verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun
ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə
çatdırılmaqla əqli nəticə əldə edilir.
Təcrübə
göstərir ki, dərsdə müxtəlif təlim üsullarından istifadə etmək, İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif
ədəbiyyatlarla da işləmək təlimin
keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır.
Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində araşdırmanın aparılmasını şagirdlərin özlərinə həvalə etmək təlimin səmərəliliyini
daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə,
şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə
müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli
məlumatlar əldə etməklə kim təqdimat
hazırlaya bilər? “ - deyə müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət
yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş etmək istəyir ki, fərqli və maraqlı olsun.
Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı
yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların
hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi
metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual
olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da
artırır.
Şagirdlər
yarışmanı sevir, ona görə də onlara bir
yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini
həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya
qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur
ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl
kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub.
Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird kompyüter biliklərindən təlimin bir çox mərhələlərində istifadə tdə bilər:
1.Yeni
materialların izah olunmasında,
2.Aldığı məlumatların
möhkəmləndirilməsində,
3.Təkrar edərkən(onlayn
testlər və s.)
4.Kiçik və
böyük summativ qiymətləndirilmələrdə.
Bu vaxt
şagird müxtəlif funksiyalar yerinə yetirmiş olur:
1.Kollektiv əməkdaşlıq,
2.Oyun şəklində
dərsin mənimsənilməsi,
3. Bir-birini
dinləmə bacarığına yiyələnmək,
4 .Qiymətləndirilmədə
şəfaflığa alışmaq
Kompyüterdən istifadə etməklə şagird:
1.Müəllimin
köməyi olmadan informasiya əldə edə bilir,
2.Multimediadan
istifadə etməklə sərbəst iş yaradır,
3.Fərdi informasiya mühitinə sahib olur,
4.Biliyinin
möhkəmləndirilməsi üçün məşq edir,
5.Özünü qiymətləndirməyi
bacarır.
Məlumdur
ki, kurikulumun tətbiqi bu dərs ilindən (2013/ 2014) 6-cı sinifləri əhatə edir.
7 – 11-ci siniflərdə oxuyan şagirdlərin kurikulum sistemində dərs keçmək kimi bir vərdişləri
olmadığından, onlar üçün bir növ ənənəvi dərs və müasir dərsin vəhdətini təşkil
edən dərs prosesinin təşkili məqsədəuyğundur.
Doğrudur, onlarda müasir dərs vərdişi ibtidai siniflərdən formalaşmayıb,
amma bugünki şagirdlərin kompyüter biliklərini nəzərə alaraq müasir dərs sistemini onlara da tətbiq etmək
olar. Plutarx deyib: ”Şagird qab deyil
ki, onu doldurasan, o məşəldir, onu yandırmaq lazımdır”. Müasir təlimə keçid
dövründə bu şagirdləri kənara qoyub onlarla yalnız ənənəvi üsulda dərs keçməklə
biz onları” itirmiş” olarıq. Amma əksinə
müasir üsulları onlara da tətbiq etdikdə bəhrəsi qənaərbəxş olur. Bu cür dərs prosesində sinifdə passiv şagirdlər
belə diskusiyada iştirak etməyə can atır, dəyərli fakt söyləyə bilməsi üçün
araşdırma aparır. Bunu şagirdlərin dərsə
münasibətində açıq aydın görmək mümkündür, irəliləyiş varsa inkişaf da vardır.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki müəllif tarix dərslərində 7-11
ci sinif şagirdlərini tədqiqata cəlb etməklə UKT dən əlavə digər yazılı mənbələrdə
istifadə etməklə şagirdlərin yaradıcılığı axtarış təfəkkur qabiliyyətlərinin
inkişafına təkan verən üsulları şərh etmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalarda göstərilən təlim
üsullarından yuxarı siniflərdə dərs deyən tarix və digər humanitar fənn müəllimləri
faydalana bilər.
Nəticə etibarilə qeyd etməliyik ki istər kurikulum tətbiq
edilən siniflərdə istərsə də 7-11-ci siniflərdə keçirilən ənənəvi dərslər
zamanı İKT və yeni təlim metodlarından istifadə etməklə təlim keyfiyyətini
artırmaq olar.
Istifadə edilmiş ədəbiyyat.
1.V.Əliyev,
İ.Babayev,A.Məmmədova” Ümumi tarix”, Bakı,”Aspoliqraf”, 2013.
2. Piriyev
Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, “Nurlan”, 2003.
3. Sadıqov
F.B Pedaqogika, Biznes Universitetinin nəşri. Bakı, 2006.
4. Paşayev
Ə.X. Rüstəmov F.A. Pedaqogika “Çaşıoğlu” Bakı 2002.
Гюльтекин Рустамова
Организация уроков по истерии
Азербайджана и всеобщей истории с применением
ИКТ и дополнительных материалов.
Резюме
В статье автор отмечает, что
внедрение новых технологий обучения, использование методов интерактивного
обучения развивает мыслительную деятельность учащихся. У них формируется
способность самостоятельно пополнять свои знания, проводить исследования. Далее
автор отмечает большую роль презентаций, которую можно проводить в 5 – 7 классах при изучении истории. Для этого
используются как ИКТ так и дополнительные материалы, разные источники.
В статье так же отмечается эффективность
сотрудничества учителя с учащимися и их совместной работы в поиске решений
поставленной задачи. Предлагается внедрять методы интерактивного обучения на
традиционных уроках. Отмечается так же, на таких этапах обучения учащиеся могут
использовать информации, полученные по
интернету, и какие функции при этом они будут выполнять.
Rustamova Gultakin
The
organization of lessons on istorii
Azerbaijan and world history with the use of ICT and other materials.
Summary
The author notes that the introduction of
new learning technologies , the use of interactive methods developed cognitive
activities of students. They formed their own ability to improve their
knowledge , to conduct research . The author further notes the important role
of presentations, which can be done in 5 - 7 classes in the study of history. It
uses ICT as well as additional material from many sources.
The article also noted the effectiveness
of cooperation with teachers and students work together to find solutions to
the problem. It is proposed to introduce interactive teaching methods in the
traditional classroom. It is noted in the same way on these stages of learning
, students can use the information obtained from the Internet, and what
functions do they will perform.
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
ОтветитьУдалитьwhatsapp nömrəsi + 1- (989-394-3740)