четверг, 26 октября 2023 г.

“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

 Oktyabrın 27-də  Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan


“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

Görüşdə məktəbin heyəti, valideynlər və layihənin eksperti Ramil Süleymanov iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini  Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələrindən danışmış, layihə çərçivəsində görüləcək işlərlə qonaqları tanış etmişdir. Hər hansı bir işin uğurlu nəticəsi onun başlanğıcda effektiv maarifləndirmə işinin aparılmasından asılı olduğunu, maarifləndirmənin isə şagirdlər üçün yalnız sözlə şifahi olaraq deyil, animasiyalı filmlərin köməyilə həyata keçirməyin daha anlaşıqlı və faydalı olacağını, müntəzəm olaraq bu filmlərin məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını,  cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır.

воскресенье, 22 октября 2023 г.

“İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi ” layihəsinin açılışı

 Hər il Elm və Təhsil Nazirliyi Təhsildə və İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi keçirir. 2023/2024 dərs ilini əhatə edən VII qrant müsabiqənin qalibi olmuş “İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi ” layihəsinin açılışı olmuşdur. Açılış 23. 09. 2023-cü il saat 10.00- da baş tutmuşdur. Açılış tədbiri Şəki şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib.



Açılışda Şəki rayonunun tam orta məktəbinin riyaziyyat və qeyri- ixtisas müəllimləri işturak edib.
Layihənin məqsədi Şəki rayonunun tam orta məktəblərinin 5- 6 sinif şagirdlərində riyazi – məntiqdən bilik və bacarıqların aşılanması , məntiqi zəkanın dərinləşdirilməsidir. Layihənin əvvəllində 5-6 – cı siniflərdə dərs deyən müəllimlərin 20 saatlıq təlimlərə cəlb olunması , paralel olaraq hər müəllimin öz şagirdlərində riyazi məntiqin dərinləşməsi və onların məntiqi yarış və olimpiadalara cəlb olunmasıdır.
Məlumat üçün əlavə edim ki, “İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi ” layihəsinin rəhbəri Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Süleymanova Ümmü müəllimdir. Təhsilin inkişafı üçün və şagirdlərdə məntiqi riyaziyyatı aşılayan bir layihə olaraq, bu layihə çox aktualdır. Bildiyimiz kimi orta məktəblərdə məntiq bir fənn olaraq gıdris olunmur. Necə ki, məntiq tədrisdə yoxdur, imtahanlar və sınaqlarda vardır. Təhsildə olan bu problem Ümmü müəllimin diqqətini cəlb edib. O səbəbdən ikinci ildir ki, bu mövzuya müraciət edərək, Elm və Təhsil nazirliyinə layihə təklifi verərək qrant nüsabiqə qalibi olub. Bir sözlə “İSTEDADLARIN HAZIRLIĞI LABORATORİYASI MƏRKƏZİ ” layihəsi, “MƏNTİQ SƏFƏRBƏRLİYİ İNTELLEKTUAL MÜSABİQƏSİ ” layihəsinin davamıdır. İnanırıq ki, layihə icrasında da bu müvəffəqiyyət davamlı olar.


“Məntiq səfərbərliyi intellektual müsabiqəsi ” layihəsini yüksək keyfiyyətlə icra etmişdir. Nəticə olaraq layihəyə cəlb olunmuş şagirdlərin məntiqi yarışlarda, ” Kenqiru “və ” Lütfüzadə ” , respublika olimpiadalarında yüksək bal toplamalarıdır. Bu layihədən çox razı qalan valideynlər Elm və Təhsil Nazirliyinə təşəkkür məktubu göndərmişdir.

Süleymanova Ümmü müəllimə layihənin icrasında müvəffəqiyyət arzu edirik!)