пятница, 29 ноября 2013 г.

İKT-nin Təhsildə Tətbiqi



    Yaşadığımız XXI əsr İKT özünün pik nöqtəsinə çatdığı bir dövrdür.Artıq İKT hər bir müəllimin,şagirdin, dövlət  işçisinin ayrılmaz dostuna çevrilib. 2013-cü  il  İKT ili elan olunub və və  insan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə yetişməkdə olan nəslin təlim və tərbiyəsi prosesində effektiv pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətimizin gələcəyi bu gün məktəb partaları arxasında əyləşən uşaqlardan, onların vətəndaş mövqeyindən, Vətənin taleyinə  görə daşıdıqları məsuliyyətdən bilavasitə asılıdır.Bu gün məktəb məzunlarına verilən tələblər də on il bundan əvvəlki tələblərdən əsaslı şəkildə fərqlənir. Beynəlxalq təcrübə göstərir ki, əgər  biz böyüməkdə olan gənc nəslə uğur , müvəffəqiyyət  qazanmaq üçün şans vermək istəyiriksə, şagirdlərin müstəqil həyata, təhsili davam etdirməyə hazır olmaları üçün çox mühüm olan əsas səriştələri dəqiq müəyyənləşdirməliyik. Ölkə prezidenti İ.Əliyev cənablarının İKT-nin tətbiqini prioritet sahə elan etməsi  və Təhsil Nazirliyinin orta məktəblərdə 1şagird 1 kompyuter,kompyuterləşdirmə işlərini həyata keçirməsi,məktəbimizin  genişmiqyaslı intranet-internet şəbəkəsinə  qoşulması ingilis dili müəllimi kimi  mənim məqsədimə çatmağımı asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə aparılan islahatların təqdim olunması, sonsuz virtual məkan olan internetin imkanları vasitəsi ilə labüddür və gərəklidir.
      XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir.Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir. İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Təhsil sahəsində həyata keçirilən kurikulum islahatları ilə yaxından tanışam və dərs dediyim bütün siniflərdə proqram materiallarının e-versiyalarını hazırlamışam, tətbiq edirəm, şagirdlərimin proqram materiallarını tam mənimsəməsinə nail oluram.
 “Enjoy English” http://www.ismaillycitysecondaryschool1.blogspot.com/   bloqumda  şagirdlərimlə apardığım araşdırmaları,layihə videolarını beynəlxalq arenada paylaşıram. Bloq mənə və şagirdlərimə problemli məsələlərin daha çox əhəmiyyət kəsb edən hissələrinə diqqəti yönəldərək  özünəməxsus tədris prosesini  təşkil erməyə imkan verir. Bloq və beynəlxalq kommunikasiya vasitəsi olan ingilis dilinin imkanlarından istifadə edərək şagirdlərim vətənimizin tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, sosial şəbəkələrdə paylaşırlar.    AzETA-nın,İATEFL-n üzvü,İEARN(təşkilatının edukatoru, “Pərvanə və şagirdləri ilə Azərbaycanın Kəşfi”, 42 ölkə məktəbinin iştirak etdiyi “Schoolvision” layihəsinin ölkə fasilitatoru kimi şagirdlərimlə birgə müxtəlif layihələrdə uğurla iştirak edirəm.Ural Federativ Müəllimlər evinin keçirdiyi Beynəlxalq Onlayn Bilik Olimpiadasının Ölkə koordinatoru kimi  bu onlayn bilik yarışmasında  ilk dəfə olaraq məktəbimizin virtual kabinetini yaratdım ,sertifikatlarla mükafatlandırıldıq: www.urfodu.ru.
Məktəbli Forması  Mübadiləsi” layihəsində şagirdlərim hər ay pover point təqdimatlar hazırlayır ,Blackboard Collaborate OnlineViziq,Via Skype  vasitəsi ilə Türkiyəli ,taivanlı,tacikistanlı həmkarlarım H.Çinar,Y.Kenter, C.Hung  və  K.Tu, Z. Murodova və s. ölkələrin  müəllim və şagirdləri ilə video konfranslar  keçirirəm.Layihə çərçivəsində daha bir”Qonşular Görüşür” adlı layihə ilə  şagirdlərimlə CEALliseyindən dəvət aldıq və 11-16 aprel 2011 –ci il tarixində Kocaeli vilayətində olduq. “İki Dövlət  Bir  Millət” adlı layihəmizin təqdimatını KİV-də geniş işıqlandırdılar.
 Şagirdlərimlə birgə Türkiyənin Kocaeli (İzmit) şəhərində    yeni açılmış  Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Bu Mərkəzdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı əks etdirən eksponatlar təqdim olunur. Soyqırım Muzeyi, habelə H.Əliyev adına kitabxana fəaliyyət göstərməyə başlayıb.Kocaeli məktəblilərinin də qatıldığı açılış mərasiminə şagirdlərimlə onlayn olaraq qoşulduq.Bu gün də muzey- kitabxananın fəaliyyətini izləyir,Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə yeni layihələri planlaşdırırıq.Mən və şagirdlərim TC Kocaeli şəhər bələdiyyəsi ilə rayon bələdiyyəmizin qardaşlıq əlaqələrinin qurulması üçün layihəyə başlamışıq.  “My Name Around The World”- layihəsində səmərəli fəaliyyətimizin nəticəsi olaraq Çelyabinsk şəhər 23 saylı gimnaziyanın direktoru məktəbimizin direktoruna və mənə ünvanlanmış təşəkkür məktubları göndərmişdir.
 Layihənin   qısa təsviri:Şagirdlər öz adları barədə  tədqiqat aparırlar,məlumatlar tapırlar və  e-poçt vasitəsi ilə həmyaşıdlarına göndərirlər.Şagirdlər  adlarıni müxtəlif formalarda  təsvir edə bilərlər:posterlər,əl işləri,rəsmlər,və s.
Şagirdlər  müəllimləri ilə blog hazırlayıb  orada adları haqqında məlumat və şəkilləri paylaşa bilərlər.İEARN təşkilatınınn bu əməkdaşlıq layihəsində  şagirdlər aşağıdakı  sahələrdə   tədqiqatlar apara və işləyə bilərlər. 2008-ci ilin sentyabr ayından layihədə veb 2.0 alətlərindən istifadə olunur.
http://www.mynameprojectworks.blogspot.com/ mənim http://learnenglishkids.britishcouncil.org/en/http://learnenglish.britishcouncil.org/en/ saytlarından şagirdlərim məharətlə istifadə edirlər.Söz ehtiyatları,lüğət tərkibləri zənginləşir,İKT-nin imkanlarından faydalanırlar.
  Hesab edirəm ki, yeniliklərlə, innovasiyalarla  işləyərsəm  bəşəriyyətə layiqli şəxsiyyət  hazırlamaq imkanım  daha çox olar.

 Məqaləmi “ Onlayn Media” müsabiqəsinə  təqdim edirəm.