“Press-Reliz
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində “Gənc
müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı
layihənin növbəti təlimi həyata
keçirildi.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində
maliyyələşdirilən “Gənc müəllimlərin
internet resusrslarından səmərəli istifadəsinin təbliği ” adlı layihəsi
çərçivəsində təlim 30.11.2013-cü il saat
10.00-da Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
Təlimdə
Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin
gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici bukletlər paylanıldı.
Layihə rəhbəri Sona Əliyeva tərəfindən təlimə “Demokratik
Gənclər” İctimai Birliyinin direktoru, Yeni Mediya, Sosial servislər üzrə peşəkar
Ekspert Ramil Süleymanov dəvət olunmuşdu. Təlimin əvvəlində Layihə rəhbəri Sona Əliyeva Azərbaycan Gənclər Fondu haqqında,
“Gənc müəllimlərin internet resusrslarından səmərəli
istifadəsinin təbliği” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi. Təlim zamanı müdavimlərə elektron tədris resurslarının təsnifatı, səmərəliliyi,
mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri haqqında məlumatlar, Azərbaycan elektron
kitabxanaları, elektron tədris resursları haqqında məlumatlarla yanaşı WEB 2 texnologiyaları, onların tədris
prosesində istifadəsi haqqında müəyyən bilgilər verildi. Daha sonra təlimə
ekspert kimi dəvət olunmuş Ramil Süleymanov İştirakçılarla interaktiv şəkildə
maraqlı bir təlimə başladı. O , iştirakçılara bu gün tədris prossesində daha
çox istifadə olunan onlayn testlər (banktestov.ru, anketer.ru,moytes), Müxtəlif
beynəlxalq yarışmalarda iştirak etmək üçün qeydiyyat qaydaları və hazırlanan dərslərin
formtaları haqqında, bundan əlavə olaraq, onlara virtual sinif otagının
yaradılması və bununla baglı müəllimlər üçün oılan imkanlar haqqında ətraflı məlumat
vermiş oldu.Bundan başqa bu sahədəki beynəlxalq təcrübələr müzakirə
olunaraq, rus və ingilis dilində
olan tədris saytları bilavasitə müəllimlərə
nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və
bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi. Azərbaycan
dilli təhsil saytları bailavasitə müdavimlərə nümayiş olundu. Həmçinin gənc müəllimlərin
istəyini nəzərə alaraq elektron poçtun
yaradılması, sosial şəbəkələrdə qeydiyyatdan keçmək və
qrup yaratmaq, videoların və şəkillərin sosial şəbəkələrə yerləşdirilməsi, bloqların yaradılması, interaktiv testlərin
hazırlanması, web səhifələrdən
videoların, proqramların, müxtəlif faylların yüklənilməsi və s. əyani olaraq
nümayiş etdirildi. Sosial şəbəkələrin təhsil prosesində rolu və əhəmiyyəti,
istifadəsi haqqında geniş məlumat verildi. Təimin sonunda müəllimlərin
maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıldı.
Комментариев нет:
Отправить комментарий