понедельник, 12 декабря 2016 г.

10 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir. Layihə çərçivəsində lik təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə  açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə  ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının  artırılmasından ibarət olduğunu bildirdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının  artırılmasının, peşə yönümlü işlə təmin edilmə imkanlarının genişləndirməsinin  Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.Təlim "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov tərəfindən keçirilmişdir. V. Məmmədov  interaktiv metodla keçən təlim zamanı təlim işirakçılarına prees reliz yazılışı, məqalə yazılışı, düzgün redaktə  barədə məlumat vermişdir. Təlim iştirakçılarına  sonda sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş, bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları, şəbəkə çəkilişi və dizayn - proqramlaşdırma istiqamətində də təlimlər təşkil olunacaqdır.



пятница, 2 декабря 2016 г.

Yeni yaradılan Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə

Yeni yaradılan Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb.
Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.
Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.
Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərəcək.
BŞTİ Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. Müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 23 dekabr 2016-cı il tarixinədək tdm@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Şah və Mat” layihəsi çərçivəsində keçirilən çempionata yekun vuruldu

“Şah və Mat” layihəsi çərçivəsində keçirilən çempionata yekun vuruldu




Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyilə 26 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində “Şah və Mat” layihəsi çərçivəsində məktəblilər arasında  keçirilən şahmat çempionatına yekun vuruldu. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ağazadə Zaur yarışın məqsəd və nəticələrini qeyd etmiş və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Yarışmadan öncə məktəblilərə təlim keçilmiş, italyan, isveçrə şahmat oyunları və taktiki gedişləri barədə məlumat verilmiş, mühüm gedişlər, dünya təcrübəsi, oyun zamanı buraxılan səhvlər izah edilmişdir. Yarışma olimpiya sistemi üzrə 100 nəfər iştirakçı arasında keçirilmiş və 4 saata yaxın gərgin mübarizə davam etmişdir. Yarışmada iştirak edən, lakin yer tutmayan  məktəblilərə iştirakına görə sertifikat verilmişdir. Qaliblərə isə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.