воскресенье, 29 декабря 2013 г.

“Şəhərimizi sevək və təbliğ edək” adlı layihə

PRESS RELIZ

          22 dekabr 2013-cü il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən “Şəhərimizi sevək və təbliğ edək” adlı layihə çərçivəsində “Mənim Sumqayıtım” adlı esse müsabiqəsinin qiymətləndirmə hissəsi Sumqayıt şəhərində keçirilmişdir.  
Layihənin məqsədi – gənclərə “esse” müsabiqəsi vasitəsi ilə vətənlərinə, yaşadıqları doğma şəhərlərinə olan sevgisini başqalarına göstərmək imkanı verməkdir.
Esse müsabiqəsinə gözləniləndən çox maraq göstərilmişdir. Müsabiqədə iştirak üçün 20 nəfər gənc nəzərdə tutulsa da, 40 nəfər gənc iştirak etdi.  Gənclər arasında layihəyə maraq həddindən artıq böyük idi.
Tədbirin keçirilməsində Sumqayıt şəhər 13 saylı məktəbin işçi heyəti və xüsusən də məktəbin direktoru Qədir Mikayılov yaxından iştirak etmişdirlər.
Yazılmış 40 essedən en uğurlu 4 esse seçilərək, qiymətli hədiyyələrlə təltif olundu.
Müsabiqədə iştirak edən 40 nəfər iştirakçıya sertifikat və həvəsləndirici hədiyyələr verildi.
Layihənin həyata keçirilməsində layihə rəhbəri Sadiq Rzayevə “Demokratik Gənclər” İctimai Birliyinin könüllüləri kömək edir.



вторник, 17 декабря 2013 г.

Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən

Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən

 Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование  гражданской позиции, нравственные качества.
 Key words:  Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.

Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə  cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
 Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin  inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
Hal-hazırda cəmiyyətdə vətəndaşlıq maraqlarının  müntəzəm təminatı üçün şagirdlərdə bu keyfiyyət yuxarı siniflərdən formalaşdırılmalıdır ki, bunun  da nəticəsində onlar 18 yaşına çatıb vətəndaşlıq hüququ qazananda,  cəmiyyətin tam hüquqlu üzvünə çevrilərək, aktıf fəaliyyətə başlaya bilsinlər. Təhsil prosesində şəxsiyyətin formalaşdırılmasınin mühüm cəhəti odur ki, malik olduğu biliklərin məcmusunda  o bir "vətəndaşlıq  praktikası"nı  da yaşaya bilir, belə  ki, ona  müəyyən vəzifələr tapşırılır, icra edərkən isə şagird öz "əhəmiyyətini" hiss edir. Bu da onun gələcək həyatında atdığı addımlarda, qəbul etdiyi qərarlatda bir qətiyyətlilik xarakterini formalaşdırır. Düzgün müəyyənləşdirilmiş belə praktika məqsədyönlü şəkildə təşkil  edilməlidir.
Bizim tariximiz öz mənafeyini xalqının mənafeyinə qurban vermiş  vətənpərvərlik  nümunələri ilə zəngindir. Bizim əcdadlarımızda vətənə məhəbbət hissi o qədər yüksək olub ki, uğrunda canlarını belə əsirgəməyiblər. Bu ,ən çox yadellilərlə mübarizələrə özünü əsk etdirir. Sinifdən sinifə keçdikcə dərs prosesində belə hadisələri öyrənən şagird dərk edir ki, əcdadlarının ona miras qoyduğu hər nə varsa onları qoruyub  gələcək nəsillərə ərməğan etməlidir. Bununla da şagird öz milli dəyərlərinə qiymət vermək bacarığına yiyələnir, öz milli mirasına sahiblənir, gələcəkdə müxtəlif şəraitlərdə öz milli maraqlarını qorumağı öyrənir.
Lakin bunu şagirdlərə necə öyrətmək lazımdır? Ənənəvi dərs prosesində şagird passiv mövqedə qaldığı üçün tez yorulur, verilən informasiyanın müəyyən bir qismini qavraya bilir. Belə olduğu halda biz keyfiyyətdən danışa bilmərik. Mövzunun nə qədər maraqlı olmasından aslı olmayaraq əgər şagird  fərdilik hiss etmirsə, nəticə də qənaətbəxş olmayacaq. Bu gün təhsilin yeni metodlarla tədrisinə diqqət ayırırıqsa, şəxsiyyətin formalaşdırılması prosesini  yeni metod və təlim texnologiyalarından istifadə etməklə  həyata keçirmək lazımdır. Əvvəlcə biz məsələyə yeni prizmadan yanaşmalıyıq. Belə ki:
-         hər bir şagirdə  fərdi yanaşaraqla  onun şəxsi keyfiyyətlərini üzə çıxarmaq lazimdır;
-         bu keyfiyyətlərin təlim prosesində düzgün istiqamətləndirilərək gələcək inkişafına şərait yaratmaq zəruridir;
-         psixo-pedaqoji  şərait yaratmaqla şagirdlərdə özünə inam  aşılamaq əsasdır.
Ümumtəhsil məktəblərində hər bir şagirdə fərdi yanaşmaq başlanğıcda mümkünsüz görünə bilər.  Çünki  müəllim hər bir şagirdlə  fərdi olaraq işləməli, onun xarakterini, qavrama qabiliyyətini, yaddaşını, təfəkkür tərzini yaxşı bilməli və  yadda saxlamalı, hər bir şagird üçün  onun imkanlarına müvafiq olan  tədbirlər və fəaliyyət planı hazırlamalıdır. Bu  o qədər sadə iş olmasa da, lakin mümkündür.  Dərs prosesində müxtəlif didaktik metodların tətbiq edilməsi, istər qruplarla iş, istərsə də fərdi iş metodlarının seçilməsi şagirdlərin zehni inkişafının istənilən şəkildə istiqamətləndirilməsi ilə nəticələnir.   Məqsəd isə  şagirdləri vətənpərvər bir şəxsiyyət kimi yetişdirməkdir.
Bütün bu prosesin vaxtında işlənib hazırlanması, onun şagirdlər tərəfindən dərk edilərək mənimsənilməsi müəyyən zaman intervalında baş verəcək. Hər işin öhdəsindən vaxtında gələ bilməsi üçün əvvəlcə şagirdlərə zaman-vaxt anlayışlarını düzgün aşılamaq, onları vaxtdan   səmərəli istifadə etməyə yönləndirmək lazımdır.
8-ci sinifdə tədris olunan "İnsan və cəmiyyət" fənnində  belə bir mövzu yer alıb "Zaman və səmərəli həyat." Burda İ.V.Hötenin bir deyimini xatırlatmaq yerinə düşər: "Önəmli işlər, əsla önəmsiz işlərin insafına tərk edilməməlidir". Amma şagird hələ  önəlmi işləri önəmsiz işlərdən ayıra bilmirlər. Ona görə də  öz vaxtlarını düzgün bölə bilmirlər, nəticədə isə istənilən nəticə alınmır.
Gələcəkdə, cəmiyyətin tam hüquqlu vətəndaşı olduqda, onların zamanla bağlı problemlərinin olamaması üçün məktəbdə təlim prosesində şagirdlərə vaxtdan səmərrəli istifadə etmək, işlərini planlı şəkildə qurmaq kimi vərdişlər aşılanmalıdır. Müsbət əxlaqi keyfiyyətlərlə yanaşı bu keyfiyyətlərin də tərbiyə edilməsi gənc nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına  yardım etmiş olar.  Vaxtından səmərəli istifadə etməyi bacarmayan şəxs cəmiyyətdə layiqli yerini tuta bilməz. Yüksək əxlaqi dəyərlərimiz olan islam dəyərlərində də qeyd edilir ki, zaman Allahın bizə verdiyi əvanətlərdən biridir və biz onun dəyərini bilməliyik.
 Dərs prosesində şagirdlərə əvvəlcə zaman haqqında tarix dərslərində əldə etdikləri biliklər əsasında bir ümumiləşdirmə aparmaq tapşırılır: hər bir qrup müxtəlif dövlətlərdəki zaman hesablama sistemi haqqındaq bilgi verməlidir.
Bəşər cəmiyyəyinin ilk dövrlərindən başlayaraq insanların zamanı hesablamaq üçün istifadə etdikləri müxtəlif sistemlər, il başlanğıcları günəş və su saatlarının kəşfi haqqında bilgilər dinlənilir. Sonra  şagirdlərin nəzərinə lövhədə əvvəlcədən yazılıb amma üstü örtülmüş bir araşdırma mətni çatdırılır. Mətnin üzəri açılır, lövhədə bunlar yazılıb:
70 il həyat;
-20 il yuxu;
-16 il təhsil almaq;
-4 il yemək;
-4 il səyahət;
-5 il şəxsi qulluq;
-3 il kino, teatr, televizor;
-3 il telefon danışıqları;
-1 il itmiş əşyaların axtarılması;
-14 il geriyə qalan zaman dilimi.
Müxtəlif müzakirələr  aparılır, sonda nəticəni dinləməzdən əvvəl müəllim başqa bir misal da çəkir (Əvvəlcədən sinifə bir şüşə qab və müxtəlif ölçülü daşlar qoyur). Şüşə qabı əlində tutaraq onun içinə iri daşları qoyur, sinifə müraciət edir, qab doludurmu?
Bəziləri "bəli", bəziləri "xeyr", bəziləri "qismən doludur",- deyirlər. Sonra müəllim bir qədər kiçik daşları qabın içinə yerləşdirir və yenə soruşur ki, qab doludurmu, yoxsa yox, eyni cavabları alır, sonra qaba qum tökür, qum qabdakı bütün böşluqları tutur, yenə sinifə sual olunanda hamı qabın boş olduğunu deyir,  bundan sonra isə qaba su tökülür, qab artıq doludur. Burdan nə nəticə çıxır? Şagirdlər müxtəlif versiyalar söyləyir, bəziləri vaxtlarını  hələ çox olduğunu, bəzisi hələ hər şeyin qabaqda olduğunu və s. fikirlər söyləyirlər. Müəllim isə nəticə olaraq son fikri söyləyir: “Əgər böyük daşları əvvəlcədən yerləşdirməsən, kiçiklər yerləşdiriləndən sonra böyüklərə  yer qalmaz. Bəs həyatımızdakı böyük daşlar nədir?” Şagirdlərin cavabı müxtəlifdir, ailəmiz, sevdiklərimiz, gələcəyimiz, təhsilimiz, sağlamlığımız və s. Müəllim şagirdlərin fikrini cəmləşdirib ümumi nəticə çıxarır: “Həyatınızın mühüm mərhələlərinə başlamamışdan öncə dayanın və dərindən fikirləşin, sizin həyatınızda böyük daşlar nədir?  Əgər o, ailənizdirsə, siz ailənizin etimadını doğrulda bilmək üçün qətiyyətli olmalı və qarşınıza qoyduğunuz məqsədə nail olmalısınız. Ailənizin etimadını doğrultmaqla siz həm də həqiqi vətəndaş, cəmiyyətdə önəmli yer tutan bir şəxsiyyət olcaqsınız. Eyni sözləri sevdikləriniz, gələcəyiniz, sağlamlığınız haqqında da əsaslandırmaq olar. Əsas odur ki, istər şəxsi həyatınız, istərsə də gələcəkdə iş həyatınız olsun, istəklərinizi əhəmiyyətinə görə sıralayın.
Vaxtınızı düzgün bölün.
Bir fəaliyyət planı tərtib edin.
Fikrinizi yayındıran məslələrdən uzaq durun.
Sizdə inamsızlıq yaradan dostlarınızdan uzaq durun.
Yuxu rejiminizi mütamadi qaydada nizamlayın.
Şəraitdən asılı olmayaraq optimist olun.
Hər işdə bir xeyir olduğuna inanın.
Səhvlərinizdən nəticə çıxarın.
Qərar verməyə tələsməyib, böyüklərin fikrini dinləyin.
Dərsin sonunda şagirdlərin gəldiyi nəticə: hər bir şagird gələcəyin vətəndaşı, vətəninin patriotu, cəmiyyətin şəxsiyyəti kimi yetişmək üçün vaxtından düzgün istifadə etməlidir. Bu günün baza bilikləri gələcəyimizə qoyulan sərmayəmizdir.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, şəxsiyyətin hərtərəfli inkişafında, onun vətənpərvər vətəndaş kimi formalaşdırılmasında  vaxtdan səmərəli istifadə etməyin, onu düzgün bölüşdürməyin əhəmiyyətli olduğu vurğulanır və bir dərsin təcrübəsində isbat edlir.
Məqalənin praktik əhəmiyyəri və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan və  göstərilən təcrübədən müəllim və tərbiyəçilər faydalana bilərlər.
Nəticə. Şagirdlərin hətərəfli inkişaf etmiş şəxsiyyət və vətənini sevərək onu hər an qorumağa hazır olan vətənpərvər kimi fomalaşmasdırılması üçün onlara müsbət əxlaqi keyfiyyətlərlə yanaşı  eyni zamanda  vaxtdan səmərəli istifadə etmək vərdişləri də aşılanmalıdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Sadıqov  F.B. Pedaqogika, Bakı, “Adiloğlu”, 2006.
2.R.Süleymanov, A.Abuşov "Mən və karyeram","ASCOMP" MMC ,Bakı, 2013
3.Ə.Ağayev,U.Ələkbərov "İnsan və cəmiyyət", VIII sinif dərslik, “Təhsil”, Bakı, 2012.
4. Hasan Başarı "Hayatı güzel ve Anlamlı Yaşamak", Hayat yayımları, İstanbul, 2003

Гюльтекин Рустамова
Из опыта привития навыков эффективного использования времени в процессе  формирования личности ученика.
Резюме
В статье рассказывается о формировании личности ученика, о его всестороннем развитии и о привитии ему навыков  эффективного использования своего времени.   Автор отмечает, что сначала нужно разъяснить учащимся понятие  «время», постараться направлять их на правильное использование времени, умение различать  важные  и второстепенные дела и первым делом решать главное дело. В этом и заключается рациональное использование времени.
Автор приводит пример  одного урока по  предмету «Человек и общество», где темой является «Время и рациональная жизнь».
В статье также говорится о возможностях уроков истории в привитии учащимся чувств патриотизма.


Rustamova Gultakin
 From the experience of imparting skills for effective use of time during the formation of the student's personality.

                                                                 Summary
The article describes the formation of the student's personality , his all-round development and instilling him the skills to effectively use their time. The author notes that students first need to clarify the concept of "time" , try to guide them on the proper use of time , the ability to distinguish between important and minor things and the first thing the main thing to decide . This is the time management .
The author cites the example of a lesson on the subject " Man and Society ", where the theme is "Time and rational life."
The article also talked about the possibility of history lessons in instilling students feelings of patriotism.




Azərbaycan tarixi və ümumi tarix dərslərində rollu oyunlardan istifadə təcrübəsindən

Azərbaycan tarixi və ümumi tarix dərslərində
rollu oyunlardan istifadə  təcrübəsindən


                                                                                Rüstəmova Gültəkin
                                                                       S.Bəhlulzadə adina Xarici Dillər
                                                                       Təmayüllü gimnaziyanın
                                                                      müəlliməsi
                                                    gultekin_xdtg@box.az

Rəyçi: Namiq Əliyev,
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: kurikulumun tətbiqi, sinif şagirdlərinin adaptasiyası, rollu oyunlar, didaktik oyunlar,  uzaq keçmişə səyahət, metodika və texnologiyalar, bilik və  bacarıqların  formalaşdırılması.
Ключевые слова: внедрение курикулума, адаптация учащихся V классов, ролевые игры, дидактически игры, путешествие в  далёкое прошлое, методика и технологии, формирование знаний и умений.
Key worlds:   implementation of the curriculum, students adaptation V classes, role play, educational games, the journey to the distant past, technique and technology, building knowledge and skills.

2008-2009 cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə yiyələnirlər.
Adətən ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar. Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə bilsinlər. Профессор Я.Я.Аьайев yazır ki, hягиги тялим цчцн метод вя технолоэийалар гаршыйа гойулмуш мягсяд вя шяраитдян асылы олараг сечилмялидир. Она эюря дя мцяллимляр мягсяд вя шяраитя, фяння, мювзуйа, шаэирдлярин тяжрцбя вя билик сявиййясиня эюря бцтцн тялим моделляриндян, мцхтялиф методика вя технолоэийалардан истифадя етмялидирляр. Ясас одур ки, тялим ушаглары инкишаф етдирсин, онлара дцшцнмяк, мцстягил фикир сюйлямяк, биликлярини тятбиг едя билмяк бажарыглары ашыласын, онларда цнсиййят, анлашма мядяниййяти форма­лашдырсын» (1, с.81).
  V sinifdə tədris edilən  Azərbaycan tarixi fənni bu cür yanaşma üçün çox əlverişlidir. əsrlərdən bəri formalaşan şifahi ədəbiyyat nümunələrmiz bir növ tarixin yaşanmışları ilə yoğrulu. Nağıllar, əfsanələr, dastanlar uşaqlar üçün maraqlı olduğu  üçün tarix fənninin tədrisində bu janrların qəhrəmanlarını didaktik oyunlara gətirmək faydalı olar. Bu  yaş dövründə uşaqlar   özlərini nağı və dastanların qəhrəmanlara bənzətməyə meyl edirlər. Məhz bu xüsusiyyətlərini nəzərə alaraq şagirdlərin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir etmək məqsədilə dərslikdə verilən materiallara bir növ yeni bir oyun kimi yanaşmaq olar. Bu cür yanaşma şagirdi həm öyrədir, həmdə tərbiyə edir, onda  bilik və bacarıqların formalaşmasına şərait yaradır, yüksək əhval- ruhiyyə aşılayır. Ən  əsası isə şagird öyrənməkdən həzz alır və təlimə daha həvəslə yanaşır. Azərbaycan tarixi dərslərində müəllim şagirdlərin yaş xüsusiyyətini nəzərə alaraq dərsi maraqlı təşkil etmək məqsədilə təxəyyülünü işə salaraq belə didaktik oyunlar  düşünüb tapır və tətbiq edir. Mən V – VI siniflərdə  bir çox  mövzuları sujetli-rollu oyunların təşkilindən istifadə etməklə tədris edirəm.
Yüxarı siniflər hal-hazırda kurikulum proqramı ilə deyil ənənəvi üsulla dərs keçirlər.   Lakin bu siniflərdə  də interaktiv təlim metodlarınin tətbiqi sinifdə ən passiv şagirddə belə dərsə maraq oyadır. Yuxarı siniflərdə ənənəvi dərs quruluşu ilə yanaşı mövzudan asılı olaraq dəyirmi masaların təşkili, öyrənilən mövzunun əks tərəflərdən təhlili və müzakirəsi, tarixi hadisələrin dəyərləndirilməsi  və yadda saxlanılması fənnin tədrisi prosesində müsbət nəticələr verir. Bu həmçinin şagirdlərdə faktları düzgün təhlil etmə və sərbəst fikir formalaşdırma bacarığının inkişafına müsbət təsir göstərir. Azərbaycan tarixi və ümumi tarix fənlərindən didaktik oyunlar təşkil edilərkən aşağıdakı metodiki suallara cavab verilməlidir:
Oyun prosesində tarixi baxımda yiyələnəcəkləri  bilik  və bacarıqlar;
Oyunu təşkil etmək üçün tələb olunan resurslar;
Mövzuya uyğun oyunun qaydalarını daha səlist və az vaxt ərzində şagirdə izah etmək:
Oyunun keçirilməsi zamanı şagirdlərin fəallığına nəzarət;
Oyuna ayrılan vaxt və qiymətləndirmənin təşkil edilməsi;
Sadalanan prosesi düzgün təşkil edərkən əldə etdiyim nəticə;
Proqramda verilən mövzunun tam mənimsənilməsi;
Təlim standartlarını yerinə yetirən dərsin təşkili;

Şagirdlərin intelektual səviyyəni yüksəltməklə onlarda məntiqi yanaşma, müstəqil fikir yürütmə və yaradıcı imkanlara  yol açmanın ikişaf  etdirilməsi;
Dərsin mənimsənilməsinə gərgin proses kimi yanaşmadan, onu əyləncə dolu maraq dünyasında reallaşdırmaq:
Aərbaycan tarixi fənnindən V sinifdə aşağıdakı aşağıdakı mövzunun tədrisi zamanı həyata keirdiyim oyun və metodlar:
Mövzu: Erkən şəhərlər, Üzərliktəpə, II Kültəpə.
Standartlar:                      
1.2.1. dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
1.2.2. illüstrasiya şəkil və sənədli materiallardan istifadə etməklə tarixi tədqiqat  aparır;
2.1.1. insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
2.1.2. xəritələrdə Azərbaycan ərazisində mühüm tarixi abidələri müəyyənləşdirir:
Təlimin məqsədi:
1.     Azərbaycanda orta tunc dövrünə aid maddi mənbələrin tariximizdə rolunu izah etmək;
2.     Illüstrasiyalar istifadə etməklə o dövürdə insanların həyatını təsvir etmək;
3.     Qədim dövrlərdə insanların Azərbaycan ərazisində yaşaması üçün coğrafi mövqein xüsusiyyətlərini və  əlverişli şəraiti müəyyənləşdirmək;
4.     Azərbaycan ərazisindəki ilk insan məskənlərinin, erkən şəhərlərin yerini xəritədə müəyyənləşdirmək.
Təlim forması: kollektiv və kiçik qruplarla iü
Təlim üsulu: didaktik oyun, diskussiya
Inteqrasiya: C 3.1.2.: Ü-t 3.1.2.: 2.1.2
Resurslar: İKT, xəritə, dərslik, illustrasiyalar, marker, iş vərəqləri, flipçat, yapışqanlı lent və s.
Şagirdləri lazım olan vəsaitlərlə təmin edirəm.

Motivasiya (3dəqiqə):
Dərsin bu mərhələsində şagirdlərə mürəciət edirəm, əgər siz o dövrdə yaşasaydınız və yaxud da bir “zaman maşınınız” olsaydı və sizi keçmişə apara bilsəydi, o dövrə getsəydiniz .... cümləni tamamlamadan onların üzündə necə maraq dolu ifadələr yarandığının şahidi oldum. Və proses başlanır...
Proyektor vasitəsi ilə qədim dövrə aid maddi mənbələrdən nümunələr  və qədim şəhərlərin qalıqlarının görüntüləri ekranda canlandırılır, şagirdlər illustrasiyalar əsasında öz fərziyyələrini söyləyirlər, xəritədə qədim yaşayış məskənlərinin yerini müəyyənləşdirirlər. Sonra Azərbaycan tarixinin qədim dövr elektron materialı (orta tunc dövrü) nümayiş etdirilir.
Təlimin məqsədinin izah etdikdən sonra şagirdləri qruplaya ayırıram. Təbii ki indiki texnaloji inkişafın əhatəsində olan şagird birdən birə özünü uzaq keçmişdə təsəvvür edə bilmir. Onlarda bir qədər təsəvvür oyatmaq üçün audiovizual tədris vəsaitindən istifadə edirəm. Uyğun mövzu ilə əlaqəli görüntüləri şagirdlərin diqqətinə çatdırıram. Burada həm coğrafiya, həm də ümumi tarix fənnlərindən əldə etdikləri bilikləri də xatırlamağı  tövsiyyə edirəm.
Tədqiqat sualı: İlkin şəhər mərkəzəri hansı şəraitdə meydana gəldi?
        Tədqiqatın aparılması: Qrupların hər birinə sual və tapşırıq verilir, iş vərəqləri paylanılır. Bundan əlavə hər qrupa ayrı-ayrı xronoloji tapşırıq verilir: oyun xarakteri daşıyan bu tapşırığın mahiyyəti şagirdlərin əvvvəkli dərslərdə keçdiklərini necə qavramasını təyin etmək üçündür. Qruplardan ikisinə müxtəlif illər yazılmış vərəqlər paylanılır, burada şagirdlər o illərdə baş verən hadisələri müəyyənləşdirməlidirlər. Digər iki qrupa isə müxtəlif hadisələr yazılmış vərəqlər paylanılır, burada isə şagirdlər hadisələrin baş verdiyi illəri tapmalıdırlar. Dərsin sonunda tapşırığın hansı qrupda daha tez və düzgün yerinə yetirildiyi elan edilir və şagirdlər bu oyunun qalibi olaraq rəğbətləndirilir.
        Tədqiqatın başlanğıcında bir şagird şəhər hakimi secilir, o tacirlərin, sənətkarların, əkinçilərin, dulusçuların nümayəndələrini yanına çağırır. Onlara tapşırır ki, Üzərliktəpəyə və II Kültəpəyə getsinlər, ordan öz sənətlərinə uyğun məlumatlar əldə edib  gətirsinlər. Ən yaxşı  və düzgün məlumat verənlər hakimin ənamını alacaq. Hakimin yanından çıxanlar öz tapşırıqlarının dalınca yollanırlar. Tapşırıqlar bunlardan ibarət olur:
I   qrup: Tacirlər- İlkin şəhər mərkəzləri harda salınıb? O  yaşayış  evlərinin xüsusiyyətlərini  sadalayın. Xəritədə ilkin şəhər mərkəzlərinin yerini müəyyən edin.
II qrup: Sənətkarlar -qədimdə əhalinin yaşayış tərzini o dövrə aid maddi nümunələrin şəkli əsasında təsvir edin. Üzərliktəpə yaşayış yerinin xəritədə yerini tapın və haqqında bilgilər nümayiş etdirin.
III qrup: Əkinçilər -Xəritədə qədim yaşayış yerini müəyyənləşdirin. Orada qədim əhalinin yaşayış tərzini tapılmış maddi nümunələr əsasında təsvir edin.
IV qrup: Dulusçular - şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini venn dioqramında işləyin, xəritədə onların yerini müəyyən edin. Onların tarixini zaman oxunda qeyd edin.
Məlumatın mübadiləsi: qruplar ayrılmış vaxt ərzində suallara cavab hazırlayır. Tapşırıqları yerinə yetirirlər.
Informasıyanın müzakirəsi: cavablar müzakirə olunur yönəldici suallara şagirdlərə informasiya mübadiləsi üçün şərait yaradılır. Şəhər hakimi hər bir nümayəndəni ayrı-ayrılıqda dinləyir və onları topladığı məlumatlara görə rəğbətləndirir.

Qruplar

Mənbələrdən düzgün
Istifadə və təqdimetmə
Tapşırıq vaxtında yerinə yetirilib
əməkdaşlıq
Ümumi nəticə
I.Tacirlər




II Sənətkarlar




III. Əkinçilər




IV. Dulusçular




Nəticə və ümumiləşdirmə:
Orta tunc dövründə insanların həyatında baş verən dəyişiklik. Ikinci böyük əmək bölgüsü sənətkarlıqla məhsul istehsalındakı dəyişikliklər. Uzaq şəhərlərə ticarət əlaqələrinin yaranması və mal mübadiləsi.
Ev tapşırığı: internet resurslarından istifadə etməklə Azərbaycanda erkən dövr şəhərləri mövzusunda esse yazmaq.
Orta tunc dövrü maddi mənbələrinə aid şəkillər əsasında slayd hazırlamaq.
Qiymətləndirmə meyarları
1)    Izahetmə
2)    Müəyyənetmə
Formativ qiymətləndirmə:

Zəif

Orta
Yüksək
Erkən şəhərlərinöyrənilməsində
maddi mənbələrin rolunu
müyyən edir


Maddi mənbələrin rolunu sualların köməyi ilə izah edə bilir

Maddi mənbələrin rolunu əsaslandıraraq izah edir

Erkən şəhərləri tanıyır, xəritədə yerini göstərə bilmir
Xəritədə erkən şəhərlərin yerini çətinliklə müəyyən edir

Xəritədə erkən şəhərlərin yerini müəyyənləşdirir



Dərsin yekununda şagirdlər həm meyarlara, həm də əlavə verilən tapşırığı daha tez və düz yerinə yetirdiklərinə görə qiymətləndirilir. Dərs prosesində oyunun mahiyyəti şagirdlərdə düşüncə tərzini formalaşdıraraq, onların keçmişə bir xəyali səyahətindən tarixi hadisələrə baxışı müzakirələrdə dinlənilir.  Əlavə tapşırıqda birincilik qazanmış şagirdlər xüsusi qeyd edilir, onların sualları və verilən cavablar dinlənilir.
Tarix maraqlı hadisələrlə, görkəmli şəxsiyyətlərin həyatından örnəklərlə zəngin fənndir. Bundan istifadə edərək şagirdlərə   müsbət  keyfiyyətlər aşılamaq olar. Gənclərimizin şəxsiyyət kimi formalaşmasında tarix fənninin rolu danılmazdır.
Məqalənin elmi yeniliyi: ondan ibarətdir ki, burada ilk dəfə didaktik oyunlardan rollu oyunlardan istifadə etməklə tarix fənninə marağın artırılması rolları göstərilmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan, didaktik oyun metodlarından tarix fənninin mənimsədilməsində bütrün fənn müəllimləri, eyni zamanda yuxarı məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün  formalaşdırılmasında tərbiyəçilər faydalana bilərlər.
Nəticə etibarilə deməliyik ki, təlim prosesində İKT və digər interaktiv təlim üsullarından istifadə etməklə təlim keyfiyyətini yüksəltmək, didaktik oyunlar metodundan istifadə edərək təlimə şagirdlərin marağını artırmaq olar.

                                  Istifadə edilmiş ədəbiyyat.

 1. Аьайев Я.Я. Тялим просеси: яняня вя мцасирлик. «Адилоьлу» няшриййаты, Бакы, 2006.
2. Sadıqov F.B. Pedaqogika, Bakı, 2006.
         3. Rüstəmov F., Paşayev Ə. Pedaqogika (yeni kurs). Bakı, 2002.
         4. Mahmudlu Y., Cabbarov H., Hüseynova L., Azərbaycan tarixi V sinif (dərslik), “Təhsil”, Bakı, 2012

Рустамова Гюльтекин

Использование ролевых игр на уроках
истории Азербайджана и Всеобщей истории.

В статье рассказывается об использовании методов интерактивного обучения как в  V-VI  классах  c  внедрением курикулума, так и  в старших классах, где обучение проводится традиционными методами. В начале статьи автор рассказывает  об  особенностях учащихся 5-х классов, которые только что начали получать знания по разным предметам от разных преподавателей, и об их постепенной адаптации. Автор отмечает, что в таких условиях очень важно создание на уроке таких условий, где дети почувствовали бы себя раскованно, где им было бы интересно. С этой целью  автор предлагает использовать дидактические ролевые игры и отмечает  эффективность таких уроков.



Summary
 Rustamova Gultekin

Using role-playing games in the classroom
Azerbaijan's history and world history .


The article describes the use of interactive teaching methods in classes V-VI c implementation of curriculum , and in high school, where the training is conducted by traditional methods. At the beginning of the article the author talks about the students 5th grade who had just started to gain knowledge on different subjects from different teachers and their gradual adaptation . The author notes that in such circumstances, it is important to create an environment in the classroom where children would feel at ease , where they would be interested. To this end, the author suggests using didactic role playing and notes the effectiveness of these lessons.