Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində yaradıcı dərslərimiz davam.edir. Şagirdlər böyük sevinclə layihəni dəstəkləyir və bəyənirlər. Təlimin 17 ci günü şagirdlər Ardunio dəstləri ilə öz yaradicı qabiliyyətlərini inkişaf etdirirlər. Dersimiz Led işıqlar. Bu gün qızlarımız olduqca fəaldırlar. Arduino ağıllı sistemlər və layihələr hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir. Başqa sözlə desək, Arduino müxtəlif rəqəmsal qurğular, sistemlər yarada biləcəyimiz bir vasitədir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. Arduino ilə hazırlaya biləcəyiniz layihələr
Arduino ilə
hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır.
Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart
komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən
bəzilərini sizlərə təqdim etmək istərdik:
- İşıqları proqramlaşdırıldığı vaxtda dəyişən
İşıqfor
- Hava qaralan zaman avtomatik yanan və
işıqlananda sönən işıqlar
- Otaqdakı temperaturun səviyyəsinə
uyğun olaraq fərqli sayda yanan işıqlar
- Otaqdakı qaz səviyyəsinin dərəcəsinə
görə işləyən Qaz siqnalizasiyası
- Otaqdakı işıq, qaz, temperatur, nəmişliyi
ölçüb ekranda göstərən ağıllı qurğu
- Maşın yaxınlaşanda qarajın qapısını
avtomatik açan ağıllı qurğu
- Dibçəkdəki torpağın nəm səviyyəsinə
uyğun gülləri suvaran avtomatik qurğu
- Maşını park etmək üçün köməkçi qurğu
- Uzaqdan idarə olunan maşınlar
- Labrintə yolu tapa robot
- Xətt izləyən robotlar
- Oyun qurğuları və pultları
- Təhlükəsizlik sistemi
- Günəş paneli ilə işləyən maşınlar,
qurğular
- Avtomatik idarə oluna robot qollar
Комментариев нет:
Отправить комментарий