16.02.2024-cü il tarixində Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.İcxeberler.com xəbər verir ki, görüşdə müəllimlər, valideynlər, şagirdlərlə yanaşı layihənin eksperti Ramil Süleymanov, 68 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nazəni x., 279 nömrəli tam orta məktəbin müəllimi Bayramova Dilqamə, layihə çərçivəsində çəkilmiş filmləri səsləndirən Səftər Ağayev iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələri və bu vəzifələrdən irəli gələn layihənin fəaliyyət planı üzrə görülmüş işlərin hesabatını təqdim etmişdir. Effektiv maarifləndirmə işinin təşkili məqsədilə hazırlanmış filmləri məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını, cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır. Daha sonra filmlərin təqdimatı həyata keçirilmişdir. Qonaqlar çəkilmiş filmlərin şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik edən normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyəti və ünsiyyət bacarıqlarının inkişafına dəstək verəcəyini bildirdilər. Sonda tədbir iştirakçıları belə müsabiqələrin yaradılması və təşkilində göstərdiyi etimad və dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə öz təşəkkürlərini ünvanladılar.
четверг, 15 февраля 2024 г.
Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.

Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий