Keyfiyyətli cinsi və reproduktiv sağlamlıq reproduktiv sistemlə əlaqəli bütün məsələlərlə bağlı fiziki, zehni və sosial rifahın tam təmin edildiyini nəzərdə tutan bir anlayışdır. Cinsi və reproduktiv sağlamlıq hüquqlarının yerində olması insanların müstəqil şəkildə öz cinsi həyatı və sağlamlığı, eləcə də nəsilartırma ilə bağlı qərarlar verə bilmə imkanı və azadlığına sahib olduqlarını göstərir. Hər bir fərdin cinsi və reproduktiv sağlamlığı ilə bağlı öz seçimlərini etmək hüququ vardır və bu fundamental insan haqlarına daxil olan bir hüquqdur. BMT-nin Əhali Fondu Azərbaycan da daxil olmaqla bütün dünyada öz tərəfdaşları ilə birgə ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıqla bağlı imkan və seçimlərin, eləcə də xidmətlərin hər kəsə əlçatan olması uğrunda fəaliyyət göstərir.
BMT-nin Əhali
Fondu ailə planlaşdırılmasının müasir üsulları, abortdan sonrakı kontrasepsiya,
təhlükəsiz analıq, uşaqlıq boynu xərçənginin profilaktikası və s. mövzularda nəzəri
və praktiki təlimlərin həyata keçirilməsi ilə səhiyyə xidməti təchizatçılarının
potensialının artırılması istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək
verir. Fond Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanunun, eləcə də
reproduktiv sağlamlıq və ailə planlaşdırılması strategiyasının və uşaqlıq boynu
xərçənginin qarşısının alınmasına dair milli fəaliyyət planının təsdiqlənməsi
sahəsində fəal təbliğat işləri aparır.
Humanitar fəaliyyəti çərçivəsində BMT-nin
Əhali Fondu MİXP (Minimum İlkin Xidmətlər Paketi) komponentinin fövqəladə
hallar üzrə milli fəaliyyət planına inteqrasiyası prosesində və humanitar
çağırışlarla üz-üzə olan bölgələrdə çalışan səhiyyə işçilərinin potensialının təlimlər
və simulyasiya vasitəsilə inkişaf etdirilməsində aparıcı rol oynayır.Quba
rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv
sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir. Layihə
mövzuları kimi şagirdlərə əsasən:
Reproduktiv sağlamlıq, reproduktiv
sağlamlığa təsir edən amillər
Vaxtından
əvvəl cinsi yetşkənlik, cinsi inkişafın gecikməsi, cinsi yolla keçən xəstəliklər,
profilaktikası Fiziki, mənəvi və cinsi zorakılıq
Suiqəsd halları və səbəbləri
Profilaktika tədbirləri. Tədris olunur.
Bu layihə üzrə təlimlərimiz olduqca maraqla
davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda
Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına
nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata
keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində
qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük
maraqla qarşılanır.
Комментариев нет:
Отправить комментарий