Hər il Elm və Təhsil Nazirliyi Təhsildə və İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi keçirir. 2023/2024 dərs ilini əhatə edən VII qrant müsabiqənin qalibi olmuş “Şəxsiyyətin tərəqqi amfiteatrı” layihəsinin təlimləri uğurla davam etdirilir.
Layihə çərçivəsində ümumilikdə 100 nəfər müəllimin iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə dərsin düzgün planlaşdırılması və şagirdlərin nailiyyətlərinin müntəzəm izlənilib düzgün qiymətləndirilməsinə nail olmaq məqsədilə müəllimlərlə planlaşdırma zamanı tədris vahidlərinin ardıcıllıq prinsiplərinin düzgün müəyyənləşdirməsi ilə bağlı müvafiq fəaliyyətlər həyata keçirilmişdir. Bundan əlavə formativ qiymətləndirmə strategiyaları hazırlanarkən perspektiv və cari planlaşdırma nümunələrinin hazırlanması, cari planlaşdırmada əsas məqamlar – keçiləcək mövzu üzrə standartın düzgün müəyyən edilməsi, həmin standartlar əsasında dərsin təlim-tərbiyə və inkişafetdirici məqsədlərini düzgün seçmək diqqət mərkəzində olmuşdur. Eyni zamanda məqsədlərə uyğun olaraq qiymətləndirmə meyarlarının doğru seçilməsi, formativ qiymətləndirmənin təşkili qaydaları, formativ qiymətləndirmənin təşkilinin digər qiymətləndirmə növlərinin təşkilindən fərqliliyinin öyrənilməsi və formativ qiymətləndirmədə istifadə edilən üsul və vasitələrin fərqləndirilməsi əsas götürülmüşdür. yanaşmalarını ifadə etmişlər. Layihə zamanı iki dəfə monitorinq keçirilmiş və müdavimlərin nəaliyyəti izlənmişdir. Fikrimcə, layihə uğurlu olmuşdur. Bir-birinə məsuliyyət hissi olan insan toplumu heç şübhəsiz ki, mədəni bir toplumdur. Birliyi və həmrəyliyi olmayan, bir-birinə qarşı məsuliyyət hissindən məhrum olan insan kütləsi isə toplum deyil, sadəcə yığındır. Sağlam bir cəmiyyət bünövrəsinə qovuşmanın müxtəlif qanunları vardır ki, bu da iqtisadı qanunlardan psixoloji qaydalara qədər uzanıb gedir. Amma bütün bu qayda qanunların mənbəyində birlikdə yaşayan insanların öz mədəni həyatı və güzaranını sağlam təməllər üzərində qurması xüsusilə vacibdir. Bir cəmiyyət olaraq mədəni səviyyə ilə çağdaş birləşməni tapmaq, mədəni həyatı yurdun hər yanında bərabər şəkildə paylaşmaq, köklü mədəni səviyyələrdən yeni səviyyələrə doğru meyl etmək cəhdi, insanları toplumu yaralayan mədəni boşluqlardan, kəsirlərdən uzaqlaşdırır. Kütlənin sabahını, gələcəyini təminat altına almaq istəyiriksə, ilk növbədə uşaqlarımızın təlim və tərbiyəsindən başlamağa start verməliyik. Bu anlamda orta məktəblərdə teatr sənətinin tədrisi prosesi pozitiv nəticələrin əldə olunması üçün geniş perspektivlər aça bilər. 1. Teatr dərslərinin tədrisi prosesində şagirdlər ədəbi qəhrəmanın daxili aləmini, onların hansı ideal uğrunda mübarizə apardıqlarını, əsərin ideyasını və mahiyyətini aydın şəkildə başa düşməlidirlər
Комментариев нет:
Отправить комментарий