Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Günümüzün ən çox tələb olunan və gələcəyin peşələri siyahısında olan müxtəlif peşələri nəzərdən keçirdikdə, proqramlaşdırma və aloqritmləşdirmə bacarığının əhəmiyyətini bir daha anlayırıq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində bu layihə artıq öz bəhrəsini verir. Bu gün dünyanın bir çox ölkələrində tətbiq edilən STEAM ABŞ-da uşaq bağçalarında 3 yaşından etibarən öyrədilirsə, Sinqapur, İsrail,
Türkiyə və digər ölkələrdə də xüsusi məktəbləri, mərkəzləri fəaliyyət göstərir. Bu onu göstərir ki, komanda halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun texnologiyalardan istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafına kömək edən və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayan STEAM-ın tətbiqində hər kəs maraqlıdır. Bunun bir səbəbi də, ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayının 2023-cü ilin sonlarına kimi 9 milyon artacağı ilə bağlıdır. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində layihə üzrə seçilmiş şagirdlərlə yaradıcı bir dərs prosesi baş tutdu. Təlim.zamanı Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov şagirdlərə Elektrik mühəndisliyi, Ağıllı Ev konsepsiyasinın fəlsəfəsi haqqında ətraflı məlumat verdi
Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. Həyata keçirdiyimiz Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi layihəsi şagirdlərdə xüsusi bacarıqların formalaşmasına yardım edəcəkdir.
Qeyd edək ki, Baki şəhər 216 nömrəli tam orta məktəbi üzrə qrant qazanmış layihənin rəhbəri, məktəbin direktoru Rəhimova Səidədir. Bu layihə üzrə əsas hədəf Xəzər rayon 216 nömrəli tam orta məktəbdə STEAM fəlsəfəsi əsasında yeni bir tədris sisteminin qurulmasıdır.
Комментариев нет:
Отправить комментарий