Oktyabrın 27-də Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan
“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.
Görüşdə məktəbin heyəti, valideynlər və layihənin eksperti Ramil Süleymanov iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələrindən danışmış, layihə çərçivəsində görüləcək işlərlə qonaqları tanış etmişdir. Hər hansı bir işin uğurlu nəticəsi onun başlanğıcda effektiv maarifləndirmə işinin aparılmasından asılı olduğunu, maarifləndirmənin isə şagirdlər üçün yalnız sözlə şifahi olaraq deyil, animasiyalı filmlərin köməyilə həyata keçirməyin daha anlaşıqlı və faydalı olacağını, müntəzəm olaraq bu filmlərin məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını, cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır.
Комментариев нет:
Отправить комментарий