среда, 9 ноября 2022 г.

Riyaziyyat və Məntiq Olmiadalara ödənişssiz hazırlıq həyata keçirilir


Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illər istedadlı uşaqların aşkar və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir. İstedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin bir hissəsini təşkil etməklə ən əsas sahələrdən biri olaraq qalmaqdadır. Çünki istedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olacağıq. Hazırda məktəblilərin fənn müsabiqələri və beynəlxalq fənn olimpiadalarına hazırlıqla bağlı davamlı işlər həyata keçirilir.Aydın məsələdir ki, istedadları daha erkən yaşlarda kəşf etdiyimiz təqdirdə şagirdlərin öz istedadları çərçivəsində onların zəruri hazırlığının artırılması istiqamətində ciddi işlərin aparılması mümkün olacaqdır. Elə bu məqsədlə artıq iki ildir ki, Təhsil Nazirliyi VII və VIII sinif şagirdləri arasında fənn müsabiqələri təşkil edir və onları həyata keçirir. Fənn müsabiqələrinin məntiqi nəticəsi ölkənin bütün şəhər və rayonlarından istedadlı uşaqları kəşf edərək onlarla xüsusi proqramlar əsasında təlim-tədris prosesini həyata keçirməkdən ibarətdir. 2015-2016-cı tədris ilində keçirilən fənn müsabiqələrinin nəticələrinə əsasən Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü lisey və kimya-biologiya təmayüllü liseyin nəzdində olimpiada mərkəzləri yaradılıb. Bu mərkəzlərdə hazırda olimpiadalara hazırlıq sinifləri fəaliyyət göstərir. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika, riyaziyyat və informatika, kimya- biologiya təmayüllü liseydə isə kimya və biologiya fənləri üzrə siniflər artıq fəaliyyətə başlamışdır. Mərkəzlərdə şagirdlərə siniflərə uyğun olaraq fənn kurikulumlarına müvafiq dərslər keçməklə yanaşı, müxtəlif beynəlxalq müsabiqə və olimpiadalara hazırlıq proqramları əsasında dərslər keçilir. Respublikanın bu sahədə ən tanınmış və təcrübəli pedaqoji heyəti tərəfindən aparılan dərslərdə şagirdlərə olimpiadalara hazırlıq proqramları əsasında dərslər təşkil olunmaqdadır. “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili” layihəsi seçilmiş 60 müdavimin və onlara dərs deyən müəllimlərin həyatında önəmli roy oynayacaqdır. Şagirdlər bu layihə çərçivəsində, onlara yaradılmış geniş imkanlardan faydalanmış olacaqlar.

 

Tural Quluzadə : PİK 2020 MMC-nin Peşəkar təlimçisi 

Комментариев нет:

Отправить комментарий