понедельник, 12 декабря 2016 г.
10 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində “Park
Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə
“Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə
bacarıqlarının artırılması layihəsinə start verilmişdir. Layihə çərçivəsində lik
təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov layihənin
əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın
ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu
vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından
təkmilləşdirmək, sahələr üzrə ixtisaslı
kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin
bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu bildirdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin
Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə
yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının artırılmasının, peşə yönümlü işlə təmin
edilmə imkanlarının genişləndirməsinin Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən
olduğunu qeyd etmişdir.Təlim "168 saat" qəzetinin baş redaktoru Vüsal
Məmmədov tərəfindən keçirilmişdir. V. Məmmədov interaktiv metodla keçən təlim zamanı təlim
işirakçılarına prees reliz yazılışı, məqalə yazılışı, düzgün redaktə barədə məlumat vermişdir. Təlim iştirakçılarına
sonda sertifikatlar təqdim olunmuşdur. Qeyd
edək ki, layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş,
bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları,
şəbəkə çəkilişi və dizayn - proqramlaşdırma istiqamətində də təlimlər təşkil
olunacaqdır.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий