четверг, 23 ноября 2023 г.

Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi


Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi çərçivəsində layihənin ilk təlimi baş tutdu. Təlimlər şagirdlər üçün olduqca maraqlı və yadda qalan oldu. Təlimlər zamanı şagirdlərə:

 

Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:

 

• Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı

 

• Çox tez-tez və ağrılı sidik ifrazı

 

• Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı

 

• Cinsi orqanlar və anal dəlik (anus) sahəsində qızartı

 

• Bədəndə səpgilər

 

• Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar

 

• Böyümüş limfatik düyünlər (əsasən qasıq nahiyəsində)

 

• Qarının aşağı hissəsində ağrılar

 

Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:

 

• CYYİ bəzən əlamətsiz/gizli və ya qismən gizli simptomlarla keçə bilər.

 

• CYYİ yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər.

 

• CYYİ diaqnozu təsdiq olunduqda hər iki partnyor müayinə və müalicə olunmalıdır.

 

• CYYİ-nin müalicəsi yalnız dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır. Həkim məsləhəti olmadan öz-özünü müalicə xəstəliyin dərinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

 

• Tam sağalma üçün müalicə kursu mütləq başa çatdırılmalıdır.



воскресенье, 19 ноября 2023 г.

Quba məktəbliləri Erkən Nigaha Yox deyir!

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləri aşağıdakılardır:

Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması

Ailə planlaşdırılması

Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir.

Layihənin vəzifələri:

  1. Reproduktiv sağlamlığa dair maariflandinci təlimlərin keçirilməsi,
  2.  Səxsi gigiyena baradə məlumatlandırma
  3. Cinsi xəstəliklərin qarşisinin alınması
  4. Yeniyetmələrin-gələcək anaların sağlamlığı
  5. Aile planlaşdırılması va sağlam nəsil artımının ötürülməsi.

Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır.
 

Xəzər rayonunda Yeni bir STEAM tədris prossesi başlanır


Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Günümüzün ən çox tələb olunan və gələcəyin peşələri siyahısında olan müxtəlif peşələri nəzərdən keçirdikdə, proqramlaşdırma və aloqritmləşdirmə bacarığının əhəmiyyətini bir daha anlayırıq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində bu layihə artıq öz bəhrəsini verir. Bu gün dünyanın bir çox ölkələrində tətbiq edilən STEAM ABŞ-da uşaq bağçalarında 3 yaşından etibarən öyrədilirsə, Sinqapur, İsrail,

Türkiyə və digər ölkələrdə də xüsusi məktəbləri, mərkəzləri fəaliyyət göstərir. Bu onu göstərir ki, komanda halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun texnologiyalardan istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafına kömək edən və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayan STEAM-ın tətbiqində hər kəs maraqlıdır. Bunun bir səbəbi də, ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayının 2023-cü ilin sonlarına kimi 9 milyon artacağı ilə bağlıdır. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində layihə üzrə seçilmiş şagirdlərlə yaradıcı bir dərs prosesi baş tutdu. Təlim.zamanı Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov şagirdlərə Elektrik mühəndisliyi, Ağıllı Ev konsepsiyasinın fəlsəfəsi haqqında ətraflı məlumat verdi


Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. Həyata keçirdiyimiz Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi layihəsi şagirdlərdə xüsusi bacarıqların formalaşmasına yardım edəcəkdir.


Qeyd edək ki, Baki şəhər 216 nömrəli tam orta məktəbi üzrə qrant qazanmış layihənin rəhbəri, məktəbin direktoru Rəhimova Səidədir. Bu layihə üzrə əsas hədəf Xəzər rayon 216 nömrəli tam orta məktəbdə STEAM fəlsəfəsi əsasında yeni bir tədris sisteminin qurulmasıdır.