“Sən Tək deyilsən” Layihəsi
Ayaz Abuşov Azərbaycan Respublikası Gənclər
Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin avqust ayından etibarən “Sən Tək
deyilsən” mövzununda yeni layəsini həyata keçirəcək. Layihə çərçivəsində də
əsas prioritet məsələ Xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq,
onların istedadlarının üzə çıxarılmasında və bu bilik və bacarıqların
istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır.Layihə 1 ay müddətində Bakı
və Sumçqayıt şəhərlərində xüsusi qayğıya ehtiyacı olan məktəbli uşaqlar arasında keçiriləcək.
Bu layihənin əsas məqsədi;
-
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bilik və
bacarıqlarının müəyyən olunması;
-
Xüsusi istedadların üzə çıxarılması;
-
Bu bacarıqların inkişafına motivasiya verilməsi;
-
Bu bilik və bacarıqların inkişafını təmin etmək
üçün dayanaqlılığı qorumaq.
-
Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə
adaptasiyası təmin ediləcəkdir.
Комментариев нет:
Отправить комментарий