Təhsildə inkişaf və innovasiyalar üzrə 7-cı qrant müsabiqəsi üzrə qalib olmuş “KHAN ACADEMY İLƏ GƏLƏCƏYİ QUR” layihəsinin monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyəekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.
Şagirdlər tərəfindən yeni
biliklərin əldə edkhansi malik olduqları təcrübə və biliklərin əsasında
baş verir. Müəllimin
burada rolu isə şagirdləri keyfiyyətcə yeni biliklərə aparıb çıxaran, onların yaradıcı təfəkkürünün və
tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirkhansi üçün düşündürücü fəaliyyəti
təşkil etməkdən ibarətdir. Öyrənmə prosesi özü idraki proses olub mənimsəmə
(assimilyasiya), uyğunlaşma (akomodasiya) və nizamlama (ekvilibasiya) kimi 3
əsas mərhələdən keçir. Özlüyündə təfəkkürün
formalaşması prosesi mürəkkəb, uzunmüddətli və ziddiyyətli bir prosesdir.
Yaradıcı təfəkkürün formalaşması isə insanın idrak fəaliyyəti ilə əlaqədar
olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb
prosesdir. Belə təfəkkür təlim prosesində, elmi axtarışlar və tədqiqatçılıq
fəaliyyəti zamanı meydana çıxır. Belə ki, insan daim təbiətin, cəmiyyətin
sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi onda müxtəlif hisslər doğurur.
“Khan
Academy” onlayn təhsil
platforması, pedaqoqların, şagirdlərin və valideynlərin diqqətini
cəlb edərək, sinif daxilində öyrənənlərə əhəmiyyətli təsir göstərmişdir. Onun təsiri bir neçə əsas amildən qaynaqlanır: Əlçatanlıq: Khan Academy
riyaziyyat fənnini, təbiət və humanitar elmləri, test hazırlıqlarını geniş əhatə edən pulsuz onlayn təhsil platformasıdır. Bu əlçatanlıq öyrənmə üçün maneələri aradan qaldıraraq, coğrafi mövqeyindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, bütün şagirdlərə yüksək keyfiyyətli beynəlxalq təhsil almaq imkanı verir. Bu o deməkdir ki, müəllimlər sinifdə müxtəlif ehtiyaca və qabiliyyətə malik olan şagirdləri dəstəkləmək üçün öz dərs proqramına Khan Academy resurslarını əlavə edə bilərlər. Aztəminatlı ailələrin uşaqları üçün belə bir layihənin mövcudluğunu çox önəmlidir. Layihənin məktəbdə təqdim olunandan sonra şagirdlər sinifdən kənar, evdə də Khan Academy Azərbaycanca platformasından istifadə edirlər. Misal olaraq qeyd edə bilərik ki, 214 nömrəli tam orta məktəbdə bəzi şagirdlərin əlavə müəllim yanına getməyə imkanları yoxdur və eyni zamanda, valideynlər təhsillərini yarımçıq qoyduqları üçün öz övladlarına köməklik göstərə bilmirlər, belə olduğu halda Khan Academy Azərbaycanca platformasında yerləşdirilən resurslar şagird və hətta valideynlər üçün öyrənmək imkanları yaradır. Platforma şagirdlərə riyazi problemlərin həlli üçün fərqli yolların mövcudluğunu göstərir.