Yaşadığımız XXI əsr İKT özünün pik nöqtəsinə çatdığı
bir dövrdür.Artıq İKT hər bir müəllimin,şagirdin, dövlət işçisinin
ayrılmaz dostuna çevrilib. 2013-cü il İKT ili elan olunub və və insan həyatının hər bir sahəsində innovasiya
proseslərinin getdiyi günümüzdə yetişməkdə olan nəslin təlim və tərbiyəsi
prosesində effektiv pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətimizin gələcəyi bu gün məktəb partaları arxasında əyləşən
uşaqlardan, onların vətəndaş mövqeyindən, Vətənin taleyinə görə daşıdıqları
məsuliyyətdən bilavasitə asılıdır.Bu gün məktəb məzunlarına verilən tələblər də
on il bundan əvvəlki tələblərdən əsaslı şəkildə fərqlənir. Beynəlxalq təcrübə
göstərir ki, əgər biz böyüməkdə olan gənc nəslə uğur ,
müvəffəqiyyət qazanmaq üçün şans vermək istəyiriksə, şagirdlərin müstəqil
həyata, təhsili davam etdirməyə hazır olmaları üçün çox mühüm olan əsas
səriştələri dəqiq müəyyənləşdirməliyik. Ölkə prezidenti İ.Əliyev cənablarının İKT-nin
tətbiqini prioritet sahə elan etməsi və Təhsil Nazirliyinin orta
məktəblərdə 1şagird 1 kompyuter,kompyuterləşdirmə işlərini həyata
keçirməsi,məktəbimizin genişmiqyaslı intranet-internet şəbəkəsinə
qoşulması ingilis dili müəllimi kimi mənim məqsədimə çatmağımı
asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə aparılan islahatların
təqdim olunması, sonsuz virtual məkan olan internetin imkanları vasitəsi ilə
labüddür və gərəklidir.
XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün
alınan informasiyadan keçir.Bu gün informasiya həm bilik, həm təcrübə, həm də
karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə
internet gəlir. İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra
qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya
sisteminin ətrafında qruplaşıb. Təhsil sahəsində həyata keçirilən kurikulum
islahatları ilə yaxından tanışam və dərs dediyim bütün siniflərdə proqram
materiallarının e-versiyalarını hazırlamışam, tətbiq edirəm, şagirdlərimin
proqram materiallarını tam mənimsəməsinə nail oluram.
“Enjoy English” http://www.ismaillycitysecondaryschool1.blogspot.com/ bloqumda şagirdlərimlə apardığım
araşdırmaları,layihə videolarını beynəlxalq arenada paylaşıram. Bloq mənə və
şagirdlərimə problemli məsələlərin daha çox əhəmiyyət kəsb edən hissələrinə
diqqəti yönəldərək özünəməxsus tədris prosesini təşkil erməyə imkan
verir. Bloq və beynəlxalq kommunikasiya vasitəsi olan ingilis dilinin imkanlarından
istifadə edərək şagirdlərim vətənimizin tarixini, mədəniyyətini, Qarabağ
həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, sosial şəbəkələrdə paylaşırlar.
AzETA-nın,İATEFL-n üzvü,İEARN(təşkilatının edukatoru, “Pərvanə və şagirdləri
ilə Azərbaycanın Kəşfi”, 42 ölkə məktəbinin iştirak etdiyi “Schoolvision”
layihəsinin ölkə fasilitatoru kimi şagirdlərimlə birgə müxtəlif layihələrdə
uğurla iştirak edirəm.Ural Federativ Müəllimlər evinin keçirdiyi Beynəlxalq
Onlayn Bilik Olimpiadasının Ölkə koordinatoru kimi bu onlayn bilik
yarışmasında ilk dəfə olaraq məktəbimizin virtual kabinetini yaratdım ,sertifikatlarla
mükafatlandırıldıq: www.urfodu.ru.
Məktəbli Forması Mübadiləsi” layihəsində şagirdlərim hər ay
pover point təqdimatlar hazırlayır ,Blackboard Collaborate OnlineViziq,Via
Skype vasitəsi ilə Türkiyəli ,taivanlı,tacikistanlı həmkarlarım H.Çinar,Y.Kenter,
C.Hung və K.Tu, Z. Murodova və s. ölkələrin müəllim və
şagirdləri ilə video konfranslar keçirirəm.Layihə çərçivəsində daha
bir”Qonşular Görüşür” adlı layihə ilə şagirdlərimlə
CEALliseyindən dəvət aldıq və 11-16 aprel 2011 –ci il tarixində Kocaeli
vilayətində olduq. “İki Dövlət Bir Millət” adlı layihəmizin
təqdimatını KİV-də geniş işıqlandırdılar.
Şagirdlərimlə
birgə Türkiyənin Kocaeli (İzmit) şəhərində yeni
açılmış Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Bu
Mərkəzdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı əks
etdirən eksponatlar təqdim olunur. Soyqırım Muzeyi, habelə H.Əliyev adına
kitabxana fəaliyyət göstərməyə başlayıb.Kocaeli məktəblilərinin də qatıldığı
açılış mərasiminə şagirdlərimlə onlayn olaraq qoşulduq.Bu gün də muzey-
kitabxananın fəaliyyətini izləyir,Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə
yeni layihələri planlaşdırırıq.Mən və şagirdlərim TC Kocaeli şəhər bələdiyyəsi
ilə rayon bələdiyyəmizin qardaşlıq əlaqələrinin qurulması üçün layihəyə
başlamışıq.
“My Name Around The World”- layihəsində səmərəli fəaliyyətimizin nəticəsi
olaraq Çelyabinsk şəhər 23 saylı gimnaziyanın direktoru məktəbimizin
direktoruna və mənə ünvanlanmış təşəkkür məktubları göndərmişdir.
Layihənin
qısa təsviri:Şagirdlər öz adları barədə tədqiqat aparırlar,məlumatlar
tapırlar və e-poçt vasitəsi ilə həmyaşıdlarına
göndərirlər.Şagirdlər adlarıni müxtəlif formalarda təsvir edə
bilərlər:posterlər,əl işləri,rəsmlər,və s.
Şagirdlər müəllimləri
ilə blog hazırlayıb orada adları haqqında məlumat və şəkilləri paylaşa
bilərlər.İEARN təşkilatınınn bu əməkdaşlıq layihəsində şagirdlər
aşağıdakı sahələrdə tədqiqatlar apara və işləyə bilərlər. 2008-ci
ilin sentyabr ayından layihədə veb 2.0 alətlərindən istifadə olunur.
http://www.mynameprojectworks.blogspot.com/ mənim http://learnenglishkids.britishcouncil.org/en/http://learnenglish.britishcouncil.org/en/ saytlarından şagirdlərim məharətlə istifadə
edirlər.Söz ehtiyatları,lüğət tərkibləri zənginləşir,İKT-nin imkanlarından
faydalanırlar.
Hesab edirəm ki, yeniliklərlə, innovasiyalarla işləyərsəm
bəşəriyyətə layiqli şəxsiyyət hazırlamaq imkanım daha çox
olar.
Məqaləmi “ Onlayn
Media” müsabiqəsinə təqdim edirəm.