четверг, 23 ноября 2023 г.

Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi


Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi çərçivəsində layihənin ilk təlimi baş tutdu. Təlimlər şagirdlər üçün olduqca maraqlı və yadda qalan oldu. Təlimlər zamanı şagirdlərə:

 

Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:

 

• Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı

 

• Çox tez-tez və ağrılı sidik ifrazı

 

• Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı

 

• Cinsi orqanlar və anal dəlik (anus) sahəsində qızartı

 

• Bədəndə səpgilər

 

• Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar

 

• Böyümüş limfatik düyünlər (əsasən qasıq nahiyəsində)

 

• Qarının aşağı hissəsində ağrılar

 

Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:

 

• CYYİ bəzən əlamətsiz/gizli və ya qismən gizli simptomlarla keçə bilər.

 

• CYYİ yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər.

 

• CYYİ diaqnozu təsdiq olunduqda hər iki partnyor müayinə və müalicə olunmalıdır.

 

• CYYİ-nin müalicəsi yalnız dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır. Həkim məsləhəti olmadan öz-özünü müalicə xəstəliyin dərinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

 

• Tam sağalma üçün müalicə kursu mütləq başa çatdırılmalıdır.



воскресенье, 19 ноября 2023 г.

Quba məktəbliləri Erkən Nigaha Yox deyir!

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləri aşağıdakılardır:

Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması

Ailə planlaşdırılması

Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir.

Layihənin vəzifələri:

  1. Reproduktiv sağlamlığa dair maariflandinci təlimlərin keçirilməsi,
  2.  Səxsi gigiyena baradə məlumatlandırma
  3. Cinsi xəstəliklərin qarşisinin alınması
  4. Yeniyetmələrin-gələcək anaların sağlamlığı
  5. Aile planlaşdırılması va sağlam nəsil artımının ötürülməsi.

Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır.
 

"Demokratik Gənclər" İB və Bakı şəhər 216 nömrəli tam orta məktəb Xəzər rayonunda Yeni bir STEAM tədris prossesi başlanır


Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Günümüzün ən çox tələb olunan və gələcəyin peşələri siyahısında olan müxtəlif peşələri nəzərdən keçirdikdə, proqramlaşdırma və aloqritmləşdirmə bacarığının əhəmiyyətini bir daha anlayırıq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində bu layihə artıq öz bəhrəsini verir. Bu gün dünyanın bir çox ölkələrində tətbiq edilən STEAM ABŞ-da uşaq bağçalarında 3 yaşından etibarən öyrədilirsə, Sinqapur, İsrail,

Türkiyə və digər ölkələrdə də xüsusi məktəbləri, mərkəzləri fəaliyyət göstərir. Bu onu göstərir ki, komanda halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun texnologiyalardan istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafına kömək edən və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayan STEAM-ın tətbiqində hər kəs maraqlıdır. Bunun bir səbəbi də, ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayının 2023-cü ilin sonlarına kimi 9 milyon artacağı ilə bağlıdır. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində layihə üzrə seçilmiş şagirdlərlə yaradıcı bir dərs prosesi baş tutdu. Təlim.zamanı Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov şagirdlərə Elektrik mühəndisliyi, Ağıllı Ev konsepsiyasinın fəlsəfəsi haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, layihənin əsas tərəfdaş təşkilatı "Demokratik Gənclər" İB-dir. 


Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. Həyata keçirdiyimiz Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi layihəsi şagirdlərdə xüsusi bacarıqların formalaşmasına yardım edəcəkdir.


Qeyd edək ki, Baki şəhər 216 nömrəli tam orta məktəbi üzrə qrant qazanmış layihənin rəhbəri, məktəbin direktoru Rəhimova Səidədir. Bu layihə üzrə əsas hədəf Xəzər rayon 216 nömrəli tam orta məktəbdə STEAM fəlsəfəsi əsasında yeni bir tədris sisteminin qurulmasıdır.

 

четверг, 26 октября 2023 г.

“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

 Oktyabrın 27-də  Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan


“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

Görüşdə məktəbin heyəti, valideynlər və layihənin eksperti Ramil Süleymanov iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini  Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələrindən danışmış, layihə çərçivəsində görüləcək işlərlə qonaqları tanış etmişdir. Hər hansı bir işin uğurlu nəticəsi onun başlanğıcda effektiv maarifləndirmə işinin aparılmasından asılı olduğunu, maarifləndirmənin isə şagirdlər üçün yalnız sözlə şifahi olaraq deyil, animasiyalı filmlərin köməyilə həyata keçirməyin daha anlaşıqlı və faydalı olacağını, müntəzəm olaraq bu filmlərin məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını,  cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır.

вторник, 7 февраля 2023 г.

Həyata keçirlən təlimlər öz bəhrəsini verir


Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili”  layihəsinin “ Olimpada hazırlığına hazırlıq və seçim ” adlı təliminin iştirak edən şagirdlərə keçirilən dərslərin monitorinqi üçün, Məktəbin riyaziyyat müəllimi Kəmalə Orucova fənnini tədris etdiyi 6 “B” və 6 “D” siniflərində maraqlı təcrübə həyata keçirib. Müəllim əvvəlcədən şagirdlərə “Məlumatı toplama və təqdimetmə” tapşırığı verib. Şagirdlər onlara verilən müddət ərzində və tapşırıq əsasında ərzaq mağazalarını və yeməkxanaları müşahidə etməli idilər. Onlar ərzaq mağazalarından ən çox alınan malın və yeməkxanalarda ən çox istifadə olunan ərzağın miqdarın müəyyənləşdirib və müqayisə ediblər.
Məlumatlar toplandıqdan sonra şagirdlər sinifdə bunu müzakirə ediblər. Şagirdlərin müşahidəsi əsasında hazırlanmış təqdimatlardan aydın olub ki, ərzaq mağazalarından ən çox alınan məhsul şəkər, yeməkxanalarda ən çox istehlak olunan ərzaq isə meyvə şirələridir.  Debat üsulunda təşkil olunan dərsdə şagirdlər toplama, çıxma, vurma, bölmə əməllərindən istifadə ediblər. Dərsin sonunda müəllim qarşısına qoyduğu məqsədə nail olub. Dərs səmərəli ve faydalı keçib.

среда, 1 февраля 2023 г.

Riyaziyyat dərslərində şagirdlərlə iş metodikası


 Bu gün Azərbaycan təhsilinin və təhsil sahəsində çalışanların əsas məqsədi dünyanın təhsil meridianına çıxmaq, inkişaf etmiş ölkələrin təhsil təcrübəsi fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün təhsil sahəsində aparılan islahatlarda müəllimin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrdən ən mühümü müəllimin yüksək tədris keyfiyyətinə nail olmaqdır. Bunun ən səmərəli yolu şagirdlərdə fənnə maraq yaratmaqdır. 


Hər bir fənni, dərsi maraqlı etmək, sevdirmək o qədər də asan olmayan bir işdir. Bu iş müəllimin pedaqoji ustalığından, fənni, uşaqları necə sevməsindən asılıdır. Hər bir fənnin özünəməxsus çətinlikləri olduğu kimi riyaziyyat fənninin də çətinlikləri az deyil. Bunu riyaziyyat fənnini tədris edən müəllim olduğum üçün deyil, həqiqət olduğuna görə yazıram. Çoxları bunu etiraf etməsə də riyaziyyat fənni ilk baxışda "quru” təsir bağışlayır və onun dərinlikləri hamını qorxudur. Bəziləri bəzən "Bu fənni necə maraqlı etmək olar, orada düsturlar, rəqəmlər, hərflərdən başqa heç nə yoxdur” deyə fikirləşirlər...


Şagirdin dərsə marağı onun müstəqilliyindən, prosesdə fəal iştirak etməsindən asılıdır. Bunun üçün müəllim öz fənninə qarşı şagirddə maraq oyatmalıdır. Riyaziyyatda məsələ həlli şagirdlərin riyazi fəaliyyətini inkişaf etdirməyin səmərəli yoludur. Məsələ həlli zamanı şagirdlərin müstəqilliyi artır, təfəkkür fəallığı yüksəlir, nəzəri materialla praktik iş arasında əlaqə yaratmaq imkanı genişlənir. Bir məsələnin bir neçə yolla həll etdirilməsi şagirdin riyazi təfəkkürünün formalaşdırılmasına daha yaxşı təsir göstərir. Bu zaman onlar öz mülahizələrini irəli sürür və fikir mübadiləsi aparırlar.


Belə yanaşma - yaradıcı, düşündürücü məsələlərin düzgün seçilməsi və onların tədris olunan materialla əlaqələndirilməsi şagirdin məsələyə marağını artırır. Şagirdlərin yazı təfəkkürünün formalaşdırılması üçün məsələlərin çətinlik dərəcəsini tədricən artırmaq da məqsədəuyğundur. Uşaqlarda sərbəst məsələ tərtib etmək bacarığı yaratmaq lazım gəlir ki, çatışmayan şərti onlar axtarıb tapsınlar. Bu, çox vaxt sürətlərin müqayəsəsində istifadə edilir. Hansı sürət məlum deyilsə, şagird onu axtarıb tapıb məsələni həll etməlidir. Bu, şagirddə fənnə sevgini artırır.

 

Bəzən mövzulara maraq yaratmaq üçün əyləncəli elementlərdən istifadə etmək gözəl nəticə verir. Funksiya mövzusunun izahı zamanı cədvəl qurub məlum düsturla qiymətini hesablayaraq özlərinin cədvəli tamamlaması şagirdlərdə xüsusi maraq yaradır. Elə etmək lazımdır ki, dərsdə istifadə edilən əyləncə elementləri şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırsın, onları düşünməyə, yaradıcılığa, tədqiqata sövq etsin. Yəni şagird dərsdə nəyi isə özü öyrənsin.


Şagirdlərdə müstəqil fəaliyyət bacarığını inkişaf etdirmək yollarından biri də dərslik üzərində müstəqil işdir. Müstəqil iş yerinə yetirildikdən sonra şagirdlərlə birlikdə təhlil olunmalı, nöqsan və çatızmazlıqlar qeyd olunmalıdır. Müstəqil iş müəllimin nəzarətində aparılmalı, fəal şagirdlərin fikirlərini cəmləməsinə şərait yaradılmalı, zəif oxuyan şagirdlərə fərdi şəkildə kömək göstərilməlidir.


Riyaziyyatı sevdirməyin yollarından biri də şifahi hesabı inkişaf etdirmək, əyləncəli yollarla tez hesablamaq bacarığını aşılamaqdır. Sonuncu rəqəmi 5 ilə qurtaran ikirəqəmli ədədlərin kvadrata yüksəldilməsi, istənilən ədəddən kvadrat kökün alınması proseslərinin şifahi yerinə yetirilməsi şagirdlərdə böyük maraq yaradır. Onlar həmyaşıdları arasında bu üsulları bilmələri ilə qürurlanır və bunu hamıya nümayiş etdirməyə çalışırlar.


Belə müstəqil fəaliyyətə sövq edən tapşırıqlar şagirdlərdə düşünmə qabiliyyəti, müstəqil qərarlar qəbul etmək kimi mühüm bacarıqlar formalaşdırmaqla yanaşı fənni də sevdirir.

среда, 9 ноября 2022 г.

"Demokratik Gənclər" İB-nin tərədaşlığı ilə Riyaziyyat və Məntiq Olmiadalara ödənişssiz hazırlıq həyata keçirilir


Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illər istedadlı uşaqların aşkar və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir. İstedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin bir hissəsini təşkil etməklə ən əsas sahələrdən biri olaraq qalmaqdadır. Çünki istedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olacağıq. Hazırda məktəblilərin fənn müsabiqələri və beynəlxalq fənn olimpiadalarına hazırlıqla bağlı davamlı işlər həyata keçirilir.Aydın məsələdir ki, istedadları daha erkən yaşlarda kəşf etdiyimiz təqdirdə şagirdlərin öz istedadları çərçivəsində onların zəruri hazırlığının artırılması istiqamətində ciddi işlərin aparılması mümkün olacaqdır. Elə bu məqsədlə artıq iki ildir ki, Təhsil Nazirliyi VII və VIII sinif şagirdləri arasında fənn müsabiqələri təşkil edir və onları həyata keçirir. Fənn müsabiqələrinin məntiqi nəticəsi ölkənin bütün şəhər və rayonlarından istedadlı uşaqları kəşf edərək onlarla xüsusi proqramlar əsasında təlim-tədris prosesini həyata keçirməkdən ibarətdir. 2015-2016-cı tədris ilində keçirilən fənn müsabiqələrinin nəticələrinə əsasən Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü lisey və kimya-biologiya təmayüllü liseyin nəzdində olimpiada mərkəzləri yaradılıb. Bu mərkəzlərdə hazırda olimpiadalara hazırlıq sinifləri fəaliyyət göstərir. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika, riyaziyyat və informatika, kimya- biologiya təmayüllü liseydə isə kimya və biologiya fənləri üzrə siniflər artıq fəaliyyətə başlamışdır. Mərkəzlərdə şagirdlərə siniflərə uyğun olaraq fənn kurikulumlarına müvafiq dərslər keçməklə yanaşı, müxtəlif beynəlxalq müsabiqə və olimpiadalara hazırlıq proqramları əsasında dərslər keçilir. Respublikanın bu sahədə ən tanınmış və təcrübəli pedaqoji heyəti tərəfindən aparılan dərslərdə şagirdlərə olimpiadalara hazırlıq proqramları əsasında dərslər təşkil olunmaqdadır. “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili” layihəsi seçilmiş 60 müdavimin və onlara dərs deyən müəllimlərin həyatında önəmli roy oynayacaqdır. Şagirdlər bu layihə çərçivəsində, onlara yaradılmış geniş imkanlardan faydalanmış olacaqlar.

 

Tural Quluzadə : PİK 2020 MMC-nin Peşəkar təlimçisi