вторник, 17 декабря 2013 г.

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

                                                             Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq,  dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова: новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words:  new educational technology,  the technology level,  to research, to comprehense ,  to use project works,   the use of curriculum.


     Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması  bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq  mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək  hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi  formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə  fərdilik  və yaradıcı yanaşmanı da  inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint  proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə  şagirdlərin dərsə marağını artırmaq olar.
    Bir   ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi.  O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı  ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.  
 Ümumilikdə götürdükdə,  tarix fənni sirrli maraqlı faktlarla doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət təsir göstərir. Bu  zaman şagirdlərin   istəyini və hal-hazırki texnoloji inkişafın   istənilən məlumatı əldə etmək imkanını nəzərə alsaq,  ənənəvi dərsləri müasir tələblərə cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
     Bütün fənnlərdə olduğu kimi tarix  fənnində də hər bir mövzunun tədrisi özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və əlavə materiallar əsasında  mövzunun tam mənimsənilməsinə və  şagirdlərin yaddaşına həkk olunmasına  nail olmaq mümkündür. Məsələn: dərslər  ənəəvi üsulla tədris edilərkən   6-cı sinifdə    Ümumi  tarixi fənnindən proqrama   “Əhəmənilər dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və şagird  televiziyada yayınlanan filmlərdə bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada göstərilirdi  ki, “Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə?  Şagirdi bu sual düşündürür: Nə baş verdi? Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli, səbəbi  şagird  özü   axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ” ...E.ə.331-ci ilin yazında İsgəndər yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı… Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. Persepoldakı  şah sarayı yandırıldı.Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə  mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu  işdə müəyyən uğurlar qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi Bess tərəfindən öldürülü.”  Dərsin gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid  əlavə faktların öyrənilməsi şagirdlərin yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının  tərkibindəki xalqlar  onlara edilən zülmün nəticəsində Əhəməni qoşununda vuruşmaqdan imtina edirlər.
 Müasir dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən, yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran şəxsiyyərlər yetişdirmək  vəzifəsi durur. Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş faktlar gələcəkdə harada olmasından  asılı olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs prosesində müəllim-şagird baryeri aradan  qaldırılır.  Belə bir şəraitdə İKT tətbiq edən müəllimin şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq üçün məsləhətlər alır.  Belə işgüzar şərait onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da imkan verir.  Müasir dərsin bu gün qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s. bacarıqları aşılamaqdır.
Yeni bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz.  Öyrəndiklərini  yadda saxlamaları üçün onlara uyğun şərait  yaratmaq, xüsusən də tarix dərslərində maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha faydalı olar.  Məsələn: 8-ci sinif Azərbaycan tarixi proqramında   “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti altında” adlı mövzu vardır.  Bu mövzuda  Məlik Əşrəfin Qızıl Orda  xanı Canı bəy tərəfindən  taxtdan salmasından  bəhs edilir.  Dərslikdə  Məlik Əşrəfin edam olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə  yazılsa, mövzu çox böyük alınar ki, bu da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif  Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar. Bu zaman  şagirdlər dəqiq öyrənirlər ki, Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki,  mənbədə yazılır: ” ...Canı bəy Məlik Əşrəfi öldürmək fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin, şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər ki, Əşrəf öldürülməsə  əhali mübarizədən əl çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına verir. Məlik Əşrəf edam  olunmaq üçün meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə atırlar, böyrünə xəncər sancırlar,...Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156).     Hadisələrin salnamələrdə əks olunmuş  təsviri  şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər dövlətinin  süqutunu həmişə dəqiqliklə yadda saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf  Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə çatdırılmaqla əqli nəticə əldə edilir.
      Təcrübə  göstərir ki, dərsdə müxtəlif  təlim üsullarından istifadə etmək,  İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif  ədəbiyyatlarla da işləmək təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır. Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində   araşdırmanın aparılmasını  şagirdlərin  özlərinə həvalə etmək təlimin səmərəliliyini daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə, şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli məlumatlar əldə etməklə  kim təqdimat hazırlaya bilər? “ - deyə   müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş  etmək istəyir ki, fərqli və maraqlı olsun. Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da artırır.
Şagirdlər yarışmanı sevir,  ona görə də onlara bir yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub. Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird  kompyüter  biliklərindən təlimin bir çox  mərhələlərində istifadə  tdə bilər:
1.Yeni materialların izah olunmasında,
2.Aldığı məlumatların möhkəmləndirilməsində,
3.Təkrar edərkən(onlayn testlər və s.)
4.Kiçik və böyük summativ qiymətləndirilmələrdə.
Bu vaxt şagird müxtəlif funksiyalar yerinə yetirmiş olur:
1.Kollektiv əməkdaşlıq,
2.Oyun şəklində dərsin mənimsənilməsi,
3. Bir-birini dinləmə bacarığına yiyələnmək,
4 .Qiymətləndirilmədə şəfaflığa alışmaq
  Kompyüterdən istifadə etməklə şagird:
1.Müəllimin köməyi olmadan informasiya əldə edə bilir,
2.Multimediadan istifadə etməklə sərbəst iş yaradır,
3.Fərdi  informasiya mühitinə sahib olur,
4.Biliyinin möhkəmləndirilməsi üçün məşq edir,
5.Özünü qiymətləndirməyi bacarır.
Məlumdur ki, kurikulumun tətbiqi bu dərs ilindən (2013/ 2014) 6-cı sinifləri əhatə edir. 7 – 11-ci siniflərdə  oxuyan şagirdlərin  kurikulum sistemində dərs keçmək kimi bir vərdişləri olmadığından, onlar üçün bir növ ənənəvi dərs və müasir dərsin vəhdətini təşkil edən dərs prosesinin təşkili məqsədəuyğundur.  Doğrudur, onlarda müasir dərs vərdişi ibtidai siniflərdən formalaşmayıb, amma bugünki şagirdlərin kompyüter biliklərini nəzərə alaraq  müasir dərs sistemini onlara da tətbiq etmək olar.  Plutarx deyib: ”Şagird qab deyil ki, onu doldurasan, o məşəldir, onu yandırmaq lazımdır”. Müasir təlimə keçid dövründə bu şagirdləri kənara qoyub onlarla yalnız ənənəvi üsulda dərs keçməklə biz  onları” itirmiş” olarıq. Amma əksinə müasir üsulları onlara da tətbiq etdikdə bəhrəsi qənaərbəxş olur.  Bu cür dərs prosesində sinifdə passiv şagirdlər belə diskusiyada iştirak etməyə can atır, dəyərli fakt söyləyə bilməsi üçün araşdırma aparır. Bunu  şagirdlərin dərsə münasibətində açıq aydın görmək mümkündür, irəliləyiş varsa inkişaf da vardır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki müəllif tarix dərslərində 7-11 ci sinif şagirdlərini tədqiqata cəlb etməklə UKT dən əlavə digər yazılı mənbələrdə istifadə etməklə şagirdlərin yaradıcılığı axtarış təfəkkur qabiliyyətlərinin inkişafına təkan verən üsulları şərh etmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalarda göstərilən təlim üsullarından yuxarı siniflərdə dərs deyən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə etibarilə qeyd etməliyik ki istər kurikulum tətbiq edilən siniflərdə istərsə də 7-11-ci siniflərdə keçirilən ənənəvi dərslər zamanı İKT və yeni təlim metodlarından istifadə etməklə təlim keyfiyyətini artırmaq olar.


                             Istifadə edilmiş ədəbiyyat.

1.V.Əliyev, İ.Babayev,A.Məmmədova” Ümumi tarix”, Bakı,”Aspoliqraf”, 2013.
2. Piriyev Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, “Nurlan”, 2003.
3. Sadıqov F.B Pedaqogika, Biznes Universitetinin nəşri. Bakı, 2006.
4. Paşayev Ə.X. Rüstəmov F.A. Pedaqogika “Çaşıoğlu” Bakı 2002.

                                                                   Гюльтекин Рустамова
Организация уроков по истерии Азербайджана и всеобщей  истории с применением ИКТ и дополнительных материалов.
Резюме
В статье автор отмечает, что внедрение новых технологий обучения, использование методов интерактивного обучения развивает мыслительную деятельность учащихся. У них формируется способность самостоятельно пополнять свои знания, проводить исследования. Далее автор отмечает большую роль презентаций, которую можно проводить в 5 – 7  классах при изучении истории. Для этого используются как ИКТ так и дополнительные материалы,  разные источники.
В статье так же отмечается эффективность сотрудничества учителя с учащимися и их совместной работы в поиске решений поставленной задачи. Предлагается внедрять методы интерактивного обучения на традиционных уроках. Отмечается так же, на таких этапах обучения учащиеся могут использовать информации, полученные  по интернету, и какие функции при этом они будут выполнять.
                                                                                     
                                                                                      Rustamova Gultakin
The organization of  lessons on istorii Azerbaijan and world history with the use of ICT and other materials.
                                                          Summary
      The author notes that the introduction of new learning technologies , the use of interactive methods developed cognitive activities of students. They formed their own ability to improve their knowledge , to conduct research . The author further notes the important role of presentations, which can be done in 5 - 7 classes in the study of history. It uses ICT as well as additional material from many sources.

     The article also noted the effectiveness of cooperation with teachers and students work together to find solutions to the problem. It is proposed to introduce interactive teaching methods in the traditional classroom. It is noted in the same way on these stages of learning , students can use the information obtained from the Internet, and what functions do they will perform.                                                               

воскресенье, 8 декабря 2013 г.

Şəmkir rayonunda ugurla davam edən layihənin növbəti təlimi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti təlimi həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği ” adlı layihəsi çərçivəsində son təlim 05.12.2013-cü il saat 14.00-da Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi. Təlimdə Şəmkir RTŞ-nin metodisti Vəfa Namazova və Şəmkir şəhər Cahangir Rüstəmov adına şəhər tam orta, Düyərli 1 saylı, Plankənd 1 saylı, Dəllər Cırdaxan, Bayramlı kənd tam orta məktəblərin gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici bukletlər paylanıldı. Təlimin müddətində Layihə rəhbəri Sona Əliyeva və təlimçi Arzu Həsənova müdavimlərə Azərbaycan Gənclər Fondu haqqında, “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi. Eyni zamanda Azərbaycan Gənclər Fondu haqqında maarifləndirici slaydlar təqdim olundu və qrant müsabiqələrdə iştirak qaydaları haqqında ətraflı məlumat verildi. Müdavimlərə Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları haqqında məlumatlarla yanaşı, WEB 2 texnologiyaları, onların tədris prosesində istifadəsi, bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq, rus və ingilis dilində olan tədris saytları da bilavasitə müəllimlərə nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü, bu şəbəkələrdə olan təhsilyönümlü qruplar və onların əhəmiyyəti, səmərəli istifadəsi, Azərbaycan dilli təhsil saytları haqqında geniş məlumatlar verildi. Həmçinin Facebook sosial şəbəkəsində yaradılan virtual Gənc müəllimlər Birliyi haqqında məlumat verilərək, iştirakçıların da bu sosial şəbəkəyə üzv olmaları, bu səhifədə öz təklif və təcrübələrini bölüşməkləri xahiş olundu. Təimin sonunda müəllimlərin maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıldı. Layihə rəhbəri Sona Əliyeva Layihə müddəti bitdikdən sonra da mütəmadi olaraq belə təlim və seminarların keçirilməsinin nəzərdə tutulduğu, bu işdə Şəmkir RTŞ-nin də köməklik göstərəcəyini də müdavimlərin nəzərinə çatdırdı. Bundan əlavə virtual şəbəkə vasitəsilə müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətiriləcəyini, faydalı resurs və məlumatların mütəmadi olaraq səhifəyə yerləşdiriləcəyi qeyd olundu.  

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti təlimi həyata keçirildi.

“Press-Reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində  “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti  təlimi həyata keçirildi.
      Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği ” adlı layihəsi çərçivəsində  təlim 30.11.2013-cü il saat 10.00-da Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
     Təlimdə Şəmkir şəhər  Əhməd Cavad adına tam orta  məktəbin   gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici  bukletlər paylanıldı.
Layihə rəhbəri Sona Əliyeva tərəfindən təlimə “Demokratik Gənclər” İctimai Birliyinin direktoru, Yeni Mediya, Sosial servislər üzrə peşəkar Ekspert Ramil Süleymanov dəvət olunmuşdu. Təlimin əvvəlində Layihə rəhbəri  Sona Əliyeva Azərbaycan Gənclər Fondu haqqında,  “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı  layihənin  məqsəd və vəzifələri haqqında məlumat verdi. Təlim zamanı müdavimlərə  elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri  haqqında məlumatlar, Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları haqqında  məlumatlarla yanaşı  WEB 2 texnologiyaları, onların tədris prosesində istifadəsi haqqında müəyyən bilgilər verildi. Daha sonra təlimə ekspert kimi dəvət olunmuş Ramil Süleymanov İştirakçılarla interaktiv şəkildə maraqlı bir təlimə başladı. O , iştirakçılara bu gün tədris prossesində daha çox istifadə olunan onlayn testlər (banktestov.ru, anketer.ru,moytes), Müxtəlif beynəlxalq yarışmalarda iştirak etmək üçün qeydiyyat qaydaları və hazırlanan dərslərin formtaları haqqında, bundan əlavə olaraq, onlara virtual sinif otagının yaradılması və bununla baglı müəllimlər üçün oılan imkanlar haqqında ətraflı məlumat vermiş oldu.Bundan başqa bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq,  rus və ingilis dilində olan  tədris saytları bilavasitə müəllimlərə nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi. Azərbaycan dilli təhsil saytları bailavasitə müdavimlərə nümayiş olundu. Həmçinin gənc müəllimlərin istəyini nəzərə alaraq  elektron poçtun yaradılması, sosial şəbəkələrdə qeydiyyatdan keçmək  və  qrup yaratmaq, videoların və şəkillərin sosial şəbəkələrə yerləşdirilməsi,  bloqların yaradılması, interaktiv testlərin hazırlanması,  web səhifələrdən videoların, proqramların, müxtəlif faylların yüklənilməsi və s. əyani olaraq nümayiş etdirildi. Sosial şəbəkələrin təhsil prosesində rolu və əhəmiyyəti, istifadəsi haqqında geniş məlumat verildi. Təimin sonunda müəllimlərin maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıldı.





пятница, 29 ноября 2013 г.

İKT-nin Təhsildə Tətbiqi



    Yaşadığımız XXI əsr İKT özünün pik nöqtəsinə çatdığı bir dövrdür.Artıq İKT hər bir müəllimin,şagirdin, dövlət  işçisinin ayrılmaz dostuna çevrilib. 2013-cü  il  İKT ili elan olunub və və  insan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə yetişməkdə olan nəslin təlim və tərbiyəsi prosesində effektiv pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətimizin gələcəyi bu gün məktəb partaları arxasında əyləşən uşaqlardan, onların vətəndaş mövqeyindən, Vətənin taleyinə  görə daşıdıqları məsuliyyətdən bilavasitə asılıdır.Bu gün məktəb məzunlarına verilən tələblər də on il bundan əvvəlki tələblərdən əsaslı şəkildə fərqlənir. Beynəlxalq təcrübə göstərir ki, əgər  biz böyüməkdə olan gənc nəslə uğur , müvəffəqiyyət  qazanmaq üçün şans vermək istəyiriksə, şagirdlərin müstəqil həyata, təhsili davam etdirməyə hazır olmaları üçün çox mühüm olan əsas səriştələri dəqiq müəyyənləşdirməliyik. Ölkə prezidenti İ.Əliyev cənablarının İKT-nin tətbiqini prioritet sahə elan etməsi  və Təhsil Nazirliyinin orta məktəblərdə 1şagird 1 kompyuter,kompyuterləşdirmə işlərini həyata keçirməsi,məktəbimizin  genişmiqyaslı intranet-internet şəbəkəsinə  qoşulması ingilis dili müəllimi kimi  mənim məqsədimə çatmağımı asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə aparılan islahatların təqdim olunması, sonsuz virtual məkan olan internetin imkanları vasitəsi ilə labüddür və gərəklidir.
      XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir.Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir. İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Təhsil sahəsində həyata keçirilən kurikulum islahatları ilə yaxından tanışam və dərs dediyim bütün siniflərdə proqram materiallarının e-versiyalarını hazırlamışam, tətbiq edirəm, şagirdlərimin proqram materiallarını tam mənimsəməsinə nail oluram.
 “Enjoy English” http://www.ismaillycitysecondaryschool1.blogspot.com/   bloqumda  şagirdlərimlə apardığım araşdırmaları,layihə videolarını beynəlxalq arenada paylaşıram. Bloq mənə və şagirdlərimə problemli məsələlərin daha çox əhəmiyyət kəsb edən hissələrinə diqqəti yönəldərək  özünəməxsus tədris prosesini  təşkil erməyə imkan verir. Bloq və beynəlxalq kommunikasiya vasitəsi olan ingilis dilinin imkanlarından istifadə edərək şagirdlərim vətənimizin tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, sosial şəbəkələrdə paylaşırlar.    AzETA-nın,İATEFL-n üzvü,İEARN(təşkilatının edukatoru, “Pərvanə və şagirdləri ilə Azərbaycanın Kəşfi”, 42 ölkə məktəbinin iştirak etdiyi “Schoolvision” layihəsinin ölkə fasilitatoru kimi şagirdlərimlə birgə müxtəlif layihələrdə uğurla iştirak edirəm.Ural Federativ Müəllimlər evinin keçirdiyi Beynəlxalq Onlayn Bilik Olimpiadasının Ölkə koordinatoru kimi  bu onlayn bilik yarışmasında  ilk dəfə olaraq məktəbimizin virtual kabinetini yaratdım ,sertifikatlarla mükafatlandırıldıq: www.urfodu.ru.
Məktəbli Forması  Mübadiləsi” layihəsində şagirdlərim hər ay pover point təqdimatlar hazırlayır ,Blackboard Collaborate OnlineViziq,Via Skype  vasitəsi ilə Türkiyəli ,taivanlı,tacikistanlı həmkarlarım H.Çinar,Y.Kenter, C.Hung  və  K.Tu, Z. Murodova və s. ölkələrin  müəllim və şagirdləri ilə video konfranslar  keçirirəm.Layihə çərçivəsində daha bir”Qonşular Görüşür” adlı layihə ilə  şagirdlərimlə CEALliseyindən dəvət aldıq və 11-16 aprel 2011 –ci il tarixində Kocaeli vilayətində olduq. “İki Dövlət  Bir  Millət” adlı layihəmizin təqdimatını KİV-də geniş işıqlandırdılar.
 Şagirdlərimlə birgə Türkiyənin Kocaeli (İzmit) şəhərində    yeni açılmış  Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Bu Mərkəzdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı əks etdirən eksponatlar təqdim olunur. Soyqırım Muzeyi, habelə H.Əliyev adına kitabxana fəaliyyət göstərməyə başlayıb.Kocaeli məktəblilərinin də qatıldığı açılış mərasiminə şagirdlərimlə onlayn olaraq qoşulduq.Bu gün də muzey- kitabxananın fəaliyyətini izləyir,Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə yeni layihələri planlaşdırırıq.Mən və şagirdlərim TC Kocaeli şəhər bələdiyyəsi ilə rayon bələdiyyəmizin qardaşlıq əlaqələrinin qurulması üçün layihəyə başlamışıq.  “My Name Around The World”- layihəsində səmərəli fəaliyyətimizin nəticəsi olaraq Çelyabinsk şəhər 23 saylı gimnaziyanın direktoru məktəbimizin direktoruna və mənə ünvanlanmış təşəkkür məktubları göndərmişdir.
 Layihənin   qısa təsviri:Şagirdlər öz adları barədə  tədqiqat aparırlar,məlumatlar tapırlar və  e-poçt vasitəsi ilə həmyaşıdlarına göndərirlər.Şagirdlər  adlarıni müxtəlif formalarda  təsvir edə bilərlər:posterlər,əl işləri,rəsmlər,və s.
Şagirdlər  müəllimləri ilə blog hazırlayıb  orada adları haqqında məlumat və şəkilləri paylaşa bilərlər.İEARN təşkilatınınn bu əməkdaşlıq layihəsində  şagirdlər aşağıdakı  sahələrdə   tədqiqatlar apara və işləyə bilərlər. 2008-ci ilin sentyabr ayından layihədə veb 2.0 alətlərindən istifadə olunur.
http://www.mynameprojectworks.blogspot.com/ mənim http://learnenglishkids.britishcouncil.org/en/http://learnenglish.britishcouncil.org/en/ saytlarından şagirdlərim məharətlə istifadə edirlər.Söz ehtiyatları,lüğət tərkibləri zənginləşir,İKT-nin imkanlarından faydalanırlar.
  Hesab edirəm ki, yeniliklərlə, innovasiyalarla  işləyərsəm  bəşəriyyətə layiqli şəxsiyyət  hazırlamaq imkanım  daha çox olar.

 Məqaləmi “ Onlayn Media” müsabiqəsinə  təqdim edirəm.

суббота, 24 августа 2013 г.

Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər.



       Müasir dövlət intellektin təntənəsidir 
      İlham Əliyev

 Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Təbii ki, texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə elektron hökumətin qurulması, elektron xidmətlərə keçid, elektron həllərin reallaşmasına möhkəm zəmin yaradır. Müasir inkişafın əsas tələblərindən biri məhz budur. İnsanların dövlət orqanları ilə elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə etməsi, digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir. Elektron xidmətlər vətəndaşın işini asanlaşdırır, onun vaxtdan səmərəli istifadə etməsinə səbəb olur. Vətəndaş təqaüdə çıxmaq, evini satmaq, telefon çəkdirmək, hansısa dövlət qurumuna müraciət etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə, bilavasitə dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya paytaxta gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya texnologiyaları yardımçı olur, vətəndaş elektron hökumət portalına daxil olaraq müvafiq əməlləri həyata keçirərək öz istəyinə çata bilir. Elektron xidmətlərin tətbiqi isə məmur-vətəndaş arasında birbaşa təması aradan qaldırır, belə olan halda bürokratik əngəllərin yaradılması mümkünsüzləşir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.   Sözün məhdud mənasında  e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə olunmasından ibarətdir. Demokratik institutların gücləndirilməsi və ictimai , siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının istifadəsi «elektron demokratiyanın» (e-demokratiyanın) mahiyyətini təşkil edir. Məhdud və geniş mənalarda elektron demokratiyanı fərqləndirirlər. Sözün geniş mənasında e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir. Əgər «elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək, o zaman onun inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür. Onlara ilk növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu anlayış XX əsrin 60 illərinin sonlarında – 70 illərin əvvəllərində kabel televiziyası kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya elektron demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər. Teledemokratiyanın məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə olunması yolu ilə bu və ya digər siyasi debatlarda vətəndaşların iştirakı imkanını əks etdirir.  Tamaşaçılar televizor vasitəsilə hər hansı bir siyasi tədbiri müşahidə edərək telefondan istifadə etməklə bu tədbirdə iştirak edə bilərlər. Teledemokratiyanın məqsədi vətəndaşların siyasi prosesdə birbaşa iştirakının artımına yardım göstərməkdən və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında struktur islahatları irəli çəkməkdən ibarətdir. Lakin, 80-ci illərin sonunda televiziyadan və telefondan istifadə etməklə keçirilən eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə də vətəndaşların siyasi fəallığının fəallaşdırılmasına gətirib çıxarmadıqları məlum olmuşdur. Bütün bunlar ilə yanaşı «teledemokratiya» gələcək «elektron respublikanın» əsasını qoymuşdur. O, 80-ci illərin sonunda Y. Xabermas tərəfindən işlənib hazırlanmış ictimai sahədə islahatların keçirilməsi istiqamətlərinin nəzəri əsaslarına istinad etmişdir. O, yaranmış kiber məkanını aktual ictimai problemlər ilə bağlı sərbəst müzakirələrin məkanı kimi çıxış edən yeni ictimai sahə kimi, eləcə də, hər bir vətəndaşın nəinki münasibət bildirdiyi, eləcə də, dinlədildiyi sahə kimi təyin etmişdir. Elmi birlik Ö. Xabermasın ideyalarına əsaslanaraq  vətəndaş cəmiyyətinin strukturlarının formalaşması proseslərinin və yeni texnologiyaların arasındakı qarşılıqlı əlaqənin öyrənilməsinə, demokratiya təcrübələrində İnternet kompyüter şəbəkəsinin və informasiya infrastrukturunun rolu və yerinin təyin olunmasına yönəlmiş tədqiqatları inkişaf etdirməyə başlamışdır. Kibernetik məkanın yaradılmasının çərçivələri daxilində elektron demokratiyaya keçid konsepsiyasında əsas anlayış kimi nəzərdən keçirilən «kiberdemokratiya» anlayışının meydana çıxması baş verir. 90 illərin əvvəllərində qlobal kompüter şəbəkəsində bir tərəfdən, dövlət əhəmiyyətli qərarların qəbul olunması proseslərində inqilabi dəyişiliklər aparmağa qadir olan böyük potensialın əksini tapması haqqında anlayış yaranmış, digər tərəfdən isə  - «virtual birliklər vətəndaşlara demokratiyanı canlandırmaqda kömək edə bilərdilər».  Bu ərəfədə Q. Reynqoldun təşəkkül tapdığı «virtual konsepsiyası» konsepsiyası kompüter şəbəkələrinə istinad edir və bu şəbəkələr demokratik dəyərlərin möhkəmləndirilməsi üçün zəruri sosial kapitalın yaranmasına yardım göstərən vasitə ola bilər.Kompyüter şəbəkələrinin ictimai fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə və kifayət qədər sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinəi yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur. Elektron demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını təqdim etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki tərəfin imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir.
Bütün bunlar ilə yanaşı, vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət tərəfindən yaradılan «elektron demokratiya» kimi eksperimental layihələr təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdirlər. Lakin, onlar informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ – da Milli İnformasiya İnfrastrukturunun Doktrinası (NII) kimi layihələrin və Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata keçirilməsində də dövlət hakimiyyəti orqanlarını, vətəndaşları və biznesi fəal şəkildə cəlb etmək nəzərdə tutulurdu.Təcrübədən göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial institutu kimi çıxış edən dövlət maraqlıdır.  Bu dövlətin fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq «elektron hakimiyyət» adlandırılmışdır. EH-nin yaradılmasına əngəllərdən biri də odur ki, prezidentin 23 may 2011-ci il tarixli sərəncamı mərkəzi hakimiyyət orqanını əhatə edir və orada yerli hakimiyyət orqanlarının və bələdiyyələrin məsuliyyətindən danışılmır. Dövlət qurumlarının göstərdiyi xidmətlər haqda məlumat verilmir ki, bu da onların elektron formaya köçürülməsini çətinləşdirir, hər bir idarə üzrə xidmətlərin göstərilmə prinsipləri müəyyən edilməyib. Elektron xidmətlərin tətbiqi üzrə vahid mərkəz olmalıdır və bu mərkəz layihənin reallaşması üzrə vahid siyasət və texnologiyaya malik olmalıdır. Beynəlxalq təşkilatların dəstəyinə baxmayaraq, Azərbaycanda elektron hökumət işi ləng gedir. Bu, məmurların kağızdan onlayn münasibətlərə keçməyə psixoloji hazır olmaması ilə izah olunur.Azərbaycanın beynəlxalq reytinqinə istinad edərək vəziyyətlə razı olduğunu bildirib. Bu reytinqdə ölkə 53-cü yerdədir. Həmçinin EH-nin tətbiqi üçün bəzi texniki maneələrin olması, əsasən internetin aşağı sürəti qeyd olunub. Beynəlxalq təsnifata görə, Azərbaycan ölkə üzrə orta göstəriciyə - 2 mqb/san görə 106-cı yeri tutur. Digər ciddi problem müxtəlif Nazirliklərin tam qaydada Elektron imzaya keçməməsidir. Bundan başqa daha maraqlı bir şey var. Azərbaycan vətəndaşının elektron imzaya sahib olması üçün 25 manat ödəməsi lazım. Bu pul ödəndikdən sonra imzanı taxmaq üçün lazım olan karti isə ayrıca almalıdır. Bu gün "Elektron hökumət"lə bağlı yazı müsabiqəsi üçün, vətəndaşların online səs verməsi üçün, Elektron hökumət portalından qeydiyyatdan keçməlidir. Burda maraqlı tendesiya var. Əgər ev telefonu mənim adıma deyilsə,mənim ümumazərbaycan pasportum yoxsa, Rabitə nazirliyindən elektron imza ilə bağlı simsim nömrə almamışamsa o zaman mənim qeydiyyatımda problemlər yaranır. Əslində Elektron hökumət əhalinin işinin asalanlaşdırılması deməkdir. Amma bu şəkildə olduğu halda daha da çətinləşir. Hesab edirəm ki, bunu daha da sadələşdirmək olardı. Portaldan qeydiyyatdan keçərək, online səs vermək üçün hazırlanan çarxın özündə göstərilmir ki, Sizin adınıza olan sim sim nömrə Rabitə Nazirliyi tərəfindən verilən və Vergilərdə qeydiyyatdan keçən nömrə olmalıdır. Mənim dostlarimin Sim sim nömrələri öz adlarına olduğuna baxmayaraq, orda yazılır ki, bu nömrə Sizin adınıza deyil. Elekron hökumətin fəlsəfəsi əhalinin rahat olması deməkdir,amma nədənsə Biz əhalini uzun yollarla getməyə vadar edirik. Digər problem DSMF-nun g&¨stərdiyi elektron xidmətlərdədir.  DSMF-nin saytında fiziki və hüquqi şəxslər üçün online xidməti hesabat vermək üçün yaradılsa da sistem artıq (yanvar ayından hazırdır), amma tam hazır deyil. Hələ də köhnə qayda ilə hesabatlar verilir. Bu da vətəndaşların uzun süründürməçiliyinə gətirib çıxarır. Amma bu mənfi hallarla yanaşı bu gün müsbət addımlar da var. Elektron xidmətlərin çeşidinin genişlənməsi şəffaflığın artmasına, vətəndaşların rahatlığına və onların dövlət qurumlarından istədiyi informasiyaları, məlumatları əldə etməsinə imkan verir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illər aparılmış araşdırmalar e-xidmətlər dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlərin tənzimlənməsi baxımından ən səmərəli vasitə olduğunu göstərir. Nazirin fikrincə, e-xidmətlər insanların şikayətlərinin azalmasında da mühüm rol oynayır. Son altı ayda «Elektron hökumət» portalına 260 mindən çox müraciət edilib.  İstifadəçilərin sayındakı artım paytaxtla yanaşı, bölgələrdə də müşahidə olunub.E-xidmətlərdən biznes strukturları, sahibkarlar, ictimai qurumların nümayəndələri, müxtəlif peşə sahibləri ilə bərabər, sadə vətəndaşların da istifadəsi genişlənir. İnformasiya və kommunikasiya infrastrukturunun genişlənməsi və mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsi ölkədə informasiya cəmiyyətinin inkişafına təkan verir. İnsanların açıq informasiya əldə etmək hüquqlarının artması dövlət orqanları ilə təmasları minimuma endirir, bu isə son nəticədə şəffaflığın güclənməsinə yol açır. Elektron xidmətlər, ümumiyyətlə, İKT-nin son yenilikləri yeni münasibətlər sisteminin -  informasiya cəmiyyətinin yaranması və formalaşmasının bünövrəsini təşkil edir və cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və şəffaflığın təmin olunmasında vacib elementə çevrilir. Buna görə də Azərbaycan hökuməti milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində fəal iştirak edir. Bu məqsədyönlü tədbirlər - elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı görülən işlər, «elektron hökumət» quruculuğu ölkəmizdə cəmiyyətin informasiyalaşdırılmasını təmin etməklə bərabər, Azərbaycanın elektron idarəçiliklə bağlı mövqeyinin və nüfuzunun beynəlxalq miqyasda yüksəlməsinə səbəb olacaq. Vətəndaşların dövlət qurumlarından razılığı, şikayətlərin azalması Azərbaycanın şəffaflıq göstəriciləri ilə bağlı beynəlxalq hesabatlarda mövqeyinə də əhəmiyyətli təsir göstərir. Məsələn, BMT-nin və bir sıra İKT qurumlarının rəylərində e-xidmətlərdən istifadənin tətbiqi sayəsində dövlət qurumlarında şəffaflığın artması qeyd olunur. Göstərilir ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə sistemli tədbirlər davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əsas icraçı orqan olaraq elektron hökumət infrastrukturunun vacib tərkib hissəsi olan informasiya mübadiləsi sisteminin formalaşmasını uğurla başa çatdırıb. 8 dövlət qurumu artıq bu infrastruktura qoşulub və onların təqdim etdikləri xidmətlər elektron hökumət portalına inteqrasiya olunmuşdur. Məsələn, RİTN ilkin mərhələdə telefonların çəkilişi və digər əlaqəli servis xidmətlərini elektron şəkildə təşkil etmişdir. Hazırlıq səviyyəsindən asılı olaraq digər dövlət orqanları da tədricən bu sistemə qoşulacaqlar və göstərilən xidmətlərin sayını getdikcə artıracaqdır. Bu gün müəllimlərin işə qəbulu elektron şəkildə aparılır. Müəllim electron ərizə doldurur. Ona lazım olan vakan yeri seçir və imtahan vaxını gözləyir. Daha  sonra imtahan verir və verdiyi gündə artıq növbəti tura keçdiyini bilir. Bu da korrupsiyanın qarşısını almış olur. Nostrfifikasiya, Xaricdə Təhsil bölmələri ən azından vətəndaşların süründürməçilik və bu sahədə olan şəfafflığı qorumuş olur. Tez-tez eşitdiyimiz “Sosial şəbəkə, sosial media” mövzusu gündəlik həyat tərzimiz kimi məişətimizə də daxil olub. Çox az insan tapılar ki, mobil telefonlardan, müxtəlif markalı kompyuter və nootbuklardan istifadə etməsin. Mobil rabitədə 4G texnologiyalı stansiyaların quraşdırılması İKT-nin ən müasir növü olsa da sonuncu deyil. Bunlar insanların rahatlığını təmin edir.
Deyildiyi kimi, cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi hadisələr, sosial şəbəkələrdə, bloqlarda, yerləşdirilən informasiyalar hər kəsi maraqlandırır. Daha doğrusu dəqiq müəllifi bilinməyən, kollektiv bir “məhsul” olan saytlardan hər kəs istədiyi və özünə lazım olan hissəni götürür. Bu, artıq ənənəvi haldır. Bu cür interaktivlik sayəsində sosial şəbəkə yazılı və elektron KİV-ləri bir növ üstələyir. Sosial media inhisarçılıq mühitini dağıdır. Başqa sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir. Yəni sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan birinə çevrilir. Artıq insanlar internet-texnologiyaların imkanlarından istifadə edərək bloqlar, sosial şəbəkələr vasitəsilə təmas qururlar. Məlum olduğu kimi, internetin fəaliyyəti, hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, qlobal xarakter daşıyır və bütün bəşəriyyətin ümumi sərvətinə çevrilir. İKT-nin inkişafına dair təşkil olunan beynəlxalq simpozium və konfranslarda müasir cəmiyyətin əsas özəyi olan internetin qanunauyğunluqları, dəyərləri qiymətləndirilir, yenilənir və təkmilləşdirilir. İKT-nin daha çox tətbiq olunduğu medianın fəaliyyəti ilə bağlı digər mühüm problemlərin, informasiya təhlükəsizliyinin, fərdi məlumatların qorunması isə qanunlarla tənzimlənr.
Azərbaycan müasir inkişaf yolunu seçib. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ili İKT ili elan edib və bu, heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı sahəsində Azərbaycan böyük uğurlar əldə edib və bu sahədə inkişaf tempinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü il fevralın 8-də Azərbaycan özünün ilk telekommunikasiya peykini orbitə çıxarıb.
Dünya ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır. Ona görə gələcəkdə dünya ÜDM-nin 80 faizini İKT gəlirləri təşkil edəcək. Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya göstəricisini geridə qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə artmaqdadır. Əgər bir neçə il bundan öncə İKT sahəsində dünyanın sadəcə 20-30 faiz şirkəti çalışırdısa, bu gün bunların sayı 50 faizi keçmişdir və həmin rəqəm getdikcə artmaqdadır.
Dünya Bankının statistikasına əsasən, ölkələrin inkişafında üç amil xüsusi rol oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə Azərbaycan Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə elan edib və "Neft faktorunu insan kapitalına çevirək" tezisini irəli sürüb.
İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları verilmişdir. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək hörmətə malik olan tərəfdaşa çevrilmişdir. Heç də təsadüfi deyil ki, Davos İqtisadi Forumunun təşkilatçısı professor Klaus Şvabla əldə edilən anlaşmaya əsasən, 2013-cü ilin aprel ayında Azərbaycanda Dünya İqtisadi Forumu keçiriləcəkdir. Bu məsələdə İKT sahəsinin yüksək inkişafı da öz rolunu oynamışdır. Bu hadisə bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf modeli beynəlxalq aləmi cəlb edir.
2012-ci ildə İKT sektorunun gəlirləri Azərbaycanda 18 faiz təşkil edib və bu göstərici dünya göstəricisindən 2,5 dəfə yüksəkdir. Azərbaycanda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanmışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır. 2012-ci ildə Azərbaycan 4-cü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisinin 100 faizini əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli internet istifadəçisidir.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasovun verdiyi məlumata görə, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən İKT-nin illik artımı təxminən 18-20 faiz ətrafında saxlanacaq və qarşıdakı 8 ildə sektorun gəlirləri 8-9 milyard ABŞ dolları ətrafında  olacaqdır. Buna əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının  artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması  güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına olacaqdır.

 Bakı şəhəri, 155N-li tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədova Vəfa
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsinə təqdim etmək üçün



вторник, 31 июля 2012 г.



   
“Demokratik Gənclər” İB                                                        

    Ünvan: Sumqayıt şəhəri
                                           9-cu mikrn ev 18/19 mən 3
                Tel:(018) 648 36 99
                                          Faks: (018) 648 36 99
                                          E-mail : democratic_youth@yahoo.com

_________________________________________________________________________________
                                                                   
PRESS RELİZ

01 avqust 2012-ci il

“Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları

    “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin avqust ayından etibarən “Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları“mövzununda yeni layəsini həyata keçirəcək.
 Qeyd edək ki, bu layihənin əsas məqsədi Layihənin əsas məqsədi Region gənclərinin Layihə Şimal regionunda 2 ay müddətində həyata keçiriləcək. Bu regionlar üzrə Layihə çərçivəsində 300 nəfər gənc resurslarından istifadə etməklə iş yerlərinin axtarılması və karyera imkanlarınını dəyərləndirəcəklər. Bu yollu  şəxsi iş axtarma strategiyasının qurulması,liderlik bacarıqlarının aşılanması,  şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanmasını nəzərdə tutur. Hər regionda karyera imkanlarının artırlması sahəsində 50 nəfər gəncə 2 gün ərzində peşəkar ekspertlər tərəfindən təlimlər keçiriləcək. Layihənin nəticəsi olaraq Region gənclərinin iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişləri qazanacaqlar.Layihə çərçivəsində 300 nəfər gənc iş yerlərinin axtarılması və karyera imkanlarınının qazanılması təcrübəsi əldə edəcəklər. Bu yollu  şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinə malik olacaqlar. Layihənin tərkib hisəsi olan treyninqlər zamanı yaradılan sosial şəbəkələr imkan verəcək ki, qarşılıqlı olaraq karyera imkanları barədə məlumatları bu sosial şəbəkələrdə bölüşdürülsün. Bu layihə çərçivəsində 1000 ədəd UĞURLU TƏLİM PEŞƏLƏRİ, ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI” adlı kitab hazırlanacaq.  Layihənin nəticəsi olaraq Region gənclərinin iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişləri qazanacaqlar.
-          Layihə çərçivəsində 300 nəfər gənc iş yerlərinin axtarılması və karyera imkanlarınının qazanılması təcrübəsi əldə edəcəklər.
-          Bu yollu  şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinə malik olacaqlar.
-          Layihə bitdikdən sonra, Birlik bu layinəni öz könüllüləri hesabına davam etdirəcək. Dolaysı yolla bu layihədən 100 nəfər gəncin faydalanması durur.
-          Layihə zamanı Birlik müxtəlif sosila servislərdə, KİV-də elenalar verəcək. Burda əsas kontaktlar qoyulacaq ki, bu şəxslərə istənilən gənc əlaqə saxlayıb bu sahədə həm virtual təlim keçə bilər həm də onu düşndürən suallara cavab ala bilər. Bu sahədə Birliyin geniş təcrübəsi mövcuddur.
Layihədən sonra təlim keçilən regionlarda bu regionların Dövlət Qrumları, xüsusi ilədə Gənclər İdman İdarələri və Məşğulluq İdarəsi ilə görüşlər keçirdərək, və bu görüşlər nəticəsində bu regionda Karyera mərkəzlərinin yaradılması nəzərdə tutulur. Mərkəzdə işləmək üçün könüllü Təlimçilər yetişdiriləcək. Bu könüllü təlimçilər qazandılqrı bilik və bacarıqlar vasitəsi ilə öz regionlarda gəncərin Karyera bacarıqlarının artırılmasına köməklik edəcəklər. Bu işdə Demokratik Gənclə

Çinarə Hüseynova “Demokratik Gəncləri” İB-nin Mətbuat xidmətinin rəhbəri "SUBAYLARINIZDAN GÖRƏSİNİZ" - İsi Məlikzadə
H. Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı- İcra hakimiyyəti ilə üzbə-üz



                                                             “Sən Tək deyilsən” Layihəsi

Ayaz Abuşov Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin avqust ayından etibarən “Sən Tək deyilsən” mövzununda yeni layəsini həyata keçirəcək. Layihə çərçivəsində də əsas prioritet məsələ Xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını  üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq, onların istedadlarının üzə çıxarılmasında və bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır.Layihə 1 ay müddətində Bakı və Sumçqayıt şəhərlərində xüsusi qayğıya ehtiyacı olan məktəbli  uşaqlar arasında keçiriləcək.

Bu layihənin əsas məqsədi;
-         Xüsusi qayğıya ehtiyacı olan uşaqların bilik və bacarıqlarının  müəyyən olunması;
-         Xüsusi istedadların üzə çıxarılması;
-         Bu bacarıqların inkişafına motivasiya verilməsi;
-         Bu bilik və bacarıqların inkişafını təmin etmək üçün dayanaqlılığı qorumaq.
-         Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə adaptasiyası təmin ediləcəkdir.


"SUBAYLARINIZDAN GÖRƏSİNİZ" - İsi Məlikzadə
H. Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı- İcra hakimiyyəti ilə üzbə-üz