четверг, 29 января 2026 г.

“Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.

Layihə çərçivəsində müasir təhsil yanaşmalarına əsaslanaraq şagirdlərin tədris prosesində fəal iştirakının artırılması və şagirdyönümlü tədris mühitinin gücləndirilməsi məqsədilə müəllimlərin peşəkar inkişafına yönəlmiş xüsusi proqramın icrası nəzərdə tutulur. Bu məqsədlə 4 nəfər pedaqoji heyət üzvünün Cambridge Universitetinin “Develop Your Understanding of Active Learning and How to Apply It in Your Teaching Practice” adlı beynəlxalq onlayn kursunda iştirakı planlaşdırılır. Müəllimlər kurs çərçivəsində fəal öyrənmə prinsiplərini, həmçinin interaktiv dərs modellərini mənimsəyəcəklər.

Qeyd edək ki, "Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi İbrahimova Nigar tərəfindən 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihənin əsas məqsədi fəal öyrənmə yanaşmasının məktəbin tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və şagirdlər üçün daha interaktiv tədris mühitinin formalaşdırılmasıdır.


 #EduGrants #GrantsEduAz #QrantMüsabiqəsi #IXQrant

среда, 22 января 2025 г.

“GreenSchool"intellektualları" fərdi layihəsinin yekun tədbiri keçirildi

 

Xətai rayonu T Bağırov adına 59 saylı tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VIll Qrant müsabiqəsinin qalibi olmuş
“GreenSchool"intellektualları" fərdi layihəsinin yekunlaşması ilə bağlı tədbir keçirildi. Tədbirində məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova,layihədə iştirak edən müəllimlər ,layihə iştirakçıları ,layihə təlimçisi Elnarə Nərimanova və layihə rəhbəri Hüseynova Ülkər iştirak edirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və inavasiyalar üzrə VIll qrant müsabiqəsinin qalibi olan "GreenSchool"intellektualları layihəsində bütün komandalar ekoloji problemlərin həllinə yönəlmiş layihələrinin təqdimatını etdi.Ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirdilər.

Layihə rəhbəri Ülkər Hüseynova layihə çərçivəsində görülən işlərdən, layihənin əhəmiyyətindən danışdı. Uğurla həyata keçirdiyini bildirərək, layihəyə dəstək olan, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

среда, 30 октября 2024 г.

"Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.

23 oktyabr 2024-cü il tarixində Təhsil və Elm Nazirliyinin xətti ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi nominasiyasının qalibi - ibtidai sinif müəllimi, Dürdanə Vəliyevanın "Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.

Layihənin açılışında məktəbin direktoru Sahibə xanım Abbasova, layihənin eksperti Aliyə Əhmədova və təlimçi Ramil Süleymanov çıxış edərək bildirdilər ki, layihənin mövzusu günümüzün  problemləri əks etdirir.

 Layihə rəhbəri bildirdi ki, layihə 1-ci və ikinci sinif şagirdləri, valideynləri və müəllimləri ilə iş aparmaq üzrə qurulub.  Layihənin məqsədi 1-ci sinif şagirdləri arasında “dost şəxsiyyəti formalaşdıran bacarıqlar” fəaliyyətlərinin təşkil edilməsi, onların qısnama və zorakılıq hallarının öhdəsindən “dostcasına” gəlməsi üçün psixo-emosional sağlam formalaşmasına nail olmaq, bununla da,  təhlükəsiz və dəstəklənən mühitdə təhsil almasına şərait yaratmaqdır.

Layihə zamanı ilkin olaraq məktəbin ibtidai sinif şagirdləri arasından 30 şagird müəyyənləşdirildi.

  Bu şagirdləri bundan sonra “şagird dostlar” adlandıracaq.

Layihə komandası uşaq, valideyn və müəllimlərlə işləmək üçün təlim və fəaliyyətlərin proqramı,  ünsiyyət oyunları, plan-qrafiki  və s.müəyyənləşdirib. Məsələn;

3 aylıq layihə müddətində şagirdlər “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” davranış qaydalarına yiyələnəcəklər. Bu zaman onlar yeni davranış formaları əsasında e-təqdimatlar hazırlayaraq sosial səbəkələrdə paylaşacaqlar.

Layihə zamanı qısnama və zorakılıq hallarını önləmək üçün “Şəxsiyyətyönümlü inkişaf” təlimlərinə şagirdləri və valideynlərinin cəlbinin təşkil edilməsi düşünülür.

İrəliləyişlər müşahidə olunduqca, “Şagird Dostlar”ın digər sinif şagirdləri ilə “dəyərlər və inkişaf” məzmununda  müzakirə, görüşlərinin təşkil edilməsi planlaşdırılır. “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” maarifləndirici, təşviqat videolarının “Şagird Dostlar”ın iştirakı ilə hazırlanaraq KİV -də nümayiş olunması planlaşdırılır.

Bütün bunlar və s. işlər birbaşa layihənin vəzifəsi kimi müəyyənləşdirilib.

понедельник, 3 июня 2024 г.

“KHAN ACADEMY İLƏ GƏLƏCƏYİ QUR” layihəsinin monitorinqi

 


Təhsildə inkişaf və innovasiyalar üzrə 7-cı qrant müsabiqəsi üzrə qalib olmuş “KHAN ACADEMY İLƏ GƏLƏCƏYİ QUR” layihəsinin monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyəekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.

Şagirdlər tərəfindən yeni biliklərin əldə edkhansi malik olduqları təcrübə və biliklərin əsasında baş verir. Müəllimin burada rolu isə şagirdləri keyfiyyətcə yeni biliklərə aparıb çıxaran, onların yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirkhansi üçün düşündürücü fəaliyyəti təşkil etməkdən ibarətdir. Öyrənmə prosesi özü idraki proses olub mənimsəmə (assimilyasiya), uyğunlaşma (akomodasiya) və nizamlama (ekvilibasiya) kimi 3 əsas mərhələdən keçir. Özlüyündə təfəkkürün formalaşması prosesi mürəkkəb, uzunmüddətli və ziddiyyətli bir prosesdir. Yaradıcı təfəkkürün formalaşması isə insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb prosesdir. Belə təfəkkür təlim prosesində, elmi axtarışlar və tədqiqatçılıq fəaliyyəti zamanı meydana çıxır. Belə ki, insan daim təbiətin, cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi onda müxtəlif hisslər doğurur. “Khan Academy” onlayn təhsil platforması, pedaqoqların, şagirdlərin və valideynlərin diqqətini cəlb edərək, sinif daxilində öyrənənlərə əhəmiyyətli təsir göstərmişdir. Onun təsiri bir neçə əsas amildən qaynaqlanır: Əlçatanlıq: Khan Academy



riyaziyyat fənnini, təbiət humanitar elmləri, test hazırlıqlarını geniş əhatə edən pulsuz onlayn təhsil platformasıdır. Bu əlçatanlıq öyrənmə üçün maneələri aradan qaldıraraq, coğrafi mövqeyindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, bütün şagirdlərə yüksək keyfiyyətli beynəlxalq təhsil almaq imkanı verir. Bu o deməkdir ki, müəllimlər sinifdə müxtəlif ehtiyaca və qabiliyyətə malik olan şagirdləri dəstəkləmək üçün öz dərs proqramına  Khan  Academy  resurslarını  əlavə  edə  bilərlər. Aztəminatlı ailələrin uşaqları üçün belə bir layihənin mövcudluğunu çox önəmlidir. Layihənin məktəbdə təqdim olunandan sonra şagirdlər sinifdən kənar, evdə də Khan Academy Azərbaycanca platformasından istifadə edirlər. Misal olaraq qeyd edə bilərik ki, 214 nömrəli tam orta məktəbdə bəzi şagirdlərin əlavə müəllim yanına getməyə imkanları yoxdur eyni zamanda, valideynlər təhsillərini yarımçıq qoyduqları üçün öz övladlarına köməklik göstərə bilmirlər, belə olduğu halda Khan Academy Azərbaycanca platformasında yerləşdirilən resurslar şagird və hətta valideynlər üçün öyrənmək imkanları yaradır. Platforma şagirdlərə riyazi problemlərin həlli üçün fərqli yolların mövcudluğunu göstərir. 

четверг, 15 февраля 2024 г.

Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.


16.02.2024-cü il tarixində Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.

İcxeberler.com xəbər verir ki, görüşdə müəllimlər, valideynlər, şagirdlərlə yanaşı layihənin eksperti Ramil Süleymanov, 68 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nazəni x., 279 nömrəli tam orta məktəbin müəllimi Bayramova Dilqamə, layihə çərçivəsində çəkilmiş filmləri səsləndirən Səftər Ağayev iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələri və bu vəzifələrdən irəli gələn layihənin fəaliyyət planı üzrə görülmüş işlərin hesabatını təqdim etmişdir. Effektiv maarifləndirmə işinin təşkili məqsədilə hazırlanmış filmləri məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını, cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır. Daha sonra filmlərin təqdimatı həyata keçirilmişdir. Qonaqlar çəkilmiş filmlərin şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik edən normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyəti və ünsiyyət bacarıqlarının inkişafına dəstək verəcəyini bildirdilər. Sonda tədbir iştirakçıları belə müsabiqələrin yaradılması və təşkilində göstərdiyi etimad və dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə öz təşəkkürlərini ünvanladılar.

среда, 7 февраля 2024 г.

Qızların STEAM sahəsində uğur qazanması üçün, "Demokratik Gənclər"İB-nin uğurlu layihəsi


 Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək layihəsitəlimlərin icrası uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsi çərçivəsində “Demokratik Gənclər” İB-nin Lənkəran məktəbli qızları üçün, icra etdiyi uğurlu layihənin təqdimat prossesi Lənkəran şəhər 6 nömrəli tam orta məktəbdə ba. Tutdu.

Layihənin təqdimatında məktəb kollektivi,  peşəkar təlimçi Aygün Rzayeva və ekspert Vəfa Vəliyeva  yaxından iştirak etmişdir.

Layihənin əsas məqsədi:  Məktəbli qızların 7-11-ci sinif şagirdləri arasında müxtəlif vasitələrdən istifadə edərək STEAM, Fizika, Biologiya, İnformatika elmlərinin bacarığa çevrilərək alternativ enerji mənbələri layihələri işləməsi, qazandıqları bilik və bacarıqları yarışlarda sınaması və təbliğat materialları hazırlamasıdır.

понедельник, 5 февраля 2024 г.

Uğurlu Layihə uğurla davam edir


 Dil elə bir sahədir ki, o həmişə yenilik tələb edir. Yeni texnologiyalar kəşf olunduqca, söz ehtiyatı artdıqca təbii ki, dildə müəyyən dəyişiklər baş verir.

Dünyada təxminən 6700-6900 dil olduğu güman edilir. Və bu dillərin çox az hissəsi aktiv dillər sırasındadır. Hal-hazırda  dünyada ən çox danışılan dil Çin dili hesab olunur. İkinci yerdə isə İngilis dilidir. Bu dili ana dili olaraq 330-350 milyon insan  istifadə edir. İkinci dil kimi isə istifadə edənlər 400 milyona yaxındır. Ümumiyyətlə, bu dildən 1 milyard insan istifadə edir.

Dünyada bir neçə əsas dil var ki, onlardan da biri İngilis dilidir. Yaşadığımız zamanda bir çox işlərə müraciət etdikdə ingilis dili tələb olunur. Bu da onun dünya dili olduğundan irəli gəlir. Bir araşdırmada göstərilir ki, Benjamin Franklin XVIII əsrdə ingilis dilində drunk(sərxoş) sözünə 200 yaxın sinonim tapmışdır. Bu dildə təxminən 500 min söz ehtiyatı  vardır  və BMT-nin altı əsas dilindən biridir. Bir sıra dövlətlər var ki, orada dövlət dili İngilis dilidir.

Hal-hazırda İngilis dili beynəlxalq dil olduğundan onun öyrənilməsinə tələbat həddindən artıq çoxalıb. Təkcə, ingilis dili ixtisasında oxuyanlar deyil, həmçinin müxtəlif peşə sahibləri də bu dili öyrənməyə can atırlar. Bu baxımdan Azərbaycan da ingilis dili öyrənmək arzusunda olanlar həddindən artıq çoxdur.

Bundan başqa xaricdə oxumaq üçün birinci tələb ingilis dili biliyidir. Bu günə kimi xaricdə 10000 mindən çox Azərbaycanlı təhsil alır. Belə ki, xaricdə oxumaq istəyənlər birinci ingilis dilini sərbəst öyrənməlidirlər. boyunca dərslərin keyfiyyətinin ölçülməsi və şagirdlərin hər 4 dil bacarığı üzrə inkişaf dinamikasını müəyyənləşdirmək məqsədilə keçirilmiş monitorinqlərin qiymətləndirilməsi və müzakirəsi üçün layihənin işçi qrupu və layihə rəhbəri toplantı keçirmişdir. Müzakirə zamanı dərslərə davamlı qoşulan şagirdlərin adı müəyyən olunmuş; oxu, yazı, dinləmə və danışıq dərslərinin hər birində seçilən şagirdlərin monitorinq nəticələrinin də yüksək olduğu nəzərdən yayınmamışdır.

 

#GrantsEduAz #ElmVəTəhsilNazirliyi #VIIQrant #QrantMüsabiqəsi

Uğurlu Layihə Yeni tədris ilində də davam edir

 

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində yaradıcı dərslərimiz davam.edir. Şagirdlər böyük sevinclə layihəni dəstəkləyir və bəyənirlər. Təlimin 17 ci günü şagirdlər Ardunio dəstləri ilə öz yaradicı qabiliyyətlərini inkişaf etdirirlər. Dersimiz Led işıqlar. Bu gün qızlarımız olduqca fəaldırlar. Arduino ağıllı sistemlər və layihələr  hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir.  Başqa sözlə desək, Arduino müxtəlif rəqəmsal qurğular, sistemlər yarada biləcəyimiz bir vasitədir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. Arduino ilə hazırlaya biləcəyiniz layihələr

Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:


  • İşıqları proqramlaşdırıldığı vaxtda dəyişən İşıqfor
  • Hava qaralan zaman avtomatik yanan və işıqlananda sönən işıqlar
  • Otaqdakı temperaturun səviyyəsinə uyğun olaraq fərqli sayda yanan işıqlar
  • Otaqdakı qaz səviyyəsinin dərəcəsinə görə işləyən Qaz siqnalizasiyası
  • Otaqdakı işıq, qaz, temperatur, nəmişliyi ölçüb ekranda göstərən ağıllı qurğu
  • Maşın yaxınlaşanda qarajın qapısını avtomatik açan ağıllı qurğu
  • Dibçəkdəki torpağın nəm səviyyəsinə uyğun gülləri suvaran avtomatik qurğu
  • Maşını park etmək üçün köməkçi qurğu
  • Uzaqdan idarə olunan maşınlar
  • Labrintə yolu tapa robot
  • Xətt izləyən robotlar
  • Oyun qurğuları və pultları
  • Təhlükəsizlik sistemi
  • Günəş paneli ilə işləyən maşınlar, qurğular
  • Avtomatik idarə oluna robot qollar

 

пятница, 29 декабря 2023 г.

Elm və Təhsil Nazirliyinin Quba məktəbliləri üçün layihəsi uğurla davam etməkdədir.


Keyfiyyətli cinsi və reproduktiv sağlamlıq reproduktiv sistemlə əlaqəli bütün məsələlərlə bağlı fiziki, zehni və sosial rifahın tam təmin edildiyini nəzərdə tutan bir anlayışdır. Cinsi və reproduktiv sağlamlıq hüquqlarının yerində olması insanların müstəqil şəkildə öz cinsi həyatı və sağlamlığı, eləcə də nəsilartırma ilə bağlı qərarlar verə bilmə imkanı və azadlığına sahib olduqlarını göstərir. Hər bir fərdin cinsi və reproduktiv sağlamlığı ilə bağlı öz seçimlərini etmək hüququ vardır və bu fundamental insan haqlarına daxil olan bir hüquqdur. BMT-nin Əhali Fondu Azərbaycan da daxil olmaqla bütün dünyada öz tərəfdaşları ilə birgə ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıqla bağlı imkan və seçimlərin, eləcə də xidmətlərin hər kəsə əlçatan olması uğrunda fəaliyyət göstərir.

BMT-nin Əhali Fondu ailə planlaşdırılmasının müasir üsulları, abortdan sonrakı kontrasepsiya, təhlükəsiz analıq, uşaqlıq boynu xərçənginin profilaktikası və s. mövzularda nəzəri və praktiki təlimlərin həyata keçirilməsi ilə səhiyyə xidməti təchizatçılarının potensialının artırılması istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək verir. Fond Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanunun, eləcə də reproduktiv sağlamlıq və ailə planlaşdırılması strategiyasının və uşaqlıq boynu xərçənginin qarşısının alınmasına dair milli fəaliyyət planının təsdiqlənməsi sahəsində fəal təbliğat işləri aparır.

Humanitar fəaliyyəti çərçivəsində BMT-nin Əhali Fondu MİXP (Minimum İlkin Xidmətlər Paketi) komponentinin fövqəladə hallar üzrə milli fəaliyyət planına inteqrasiyası prosesində və humanitar çağırışlarla üz-üzə olan bölgələrdə çalışan səhiyyə işçilərinin potensialının təlimlər və simulyasiya vasitəsilə inkişaf etdirilməsində aparıcı rol oynayır.Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir. Layihə mövzuları kimi şagirdlərə əsasən:

Reproduktiv sağlamlıq, reproduktiv sağlamlığa təsir edən amillər

 Vaxtından əvvəl cinsi yetşkənlik, cinsi inkişafın gecikməsi, cinsi yolla keçən xəstəliklər, profilaktikası Fiziki, mənəvi və cinsi zorakılıq

Suiqəsd halları və səbəbləri

 Profilaktika tədbirləri. Tədris olunur.


Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır. 

среда, 27 декабря 2023 г.

Uğurlu təlimlər davam edir


Peşəkar təlimçi Vüsalə Əliyeva Bakı şəhər 118 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinə Khanacademy platformasından düzgün qeydiyyat olunma barədə ətraflı məlumat verdi.

28.11.2023-cü il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vİİ qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya nominasiyası üzrə " Khan Academy ilə Gələcəyi Qur!" adlı layihə çərçivəsində yaradıcı bir dərs baş tutdu.
Hər yaş qrupunda öyrənmək istəyənlər üçün bütün fənn və mövzularda pulsuz öyrənməni təmin edir.Şagir və müəllimlərlə yanaşı ,istənilən öyrənmək və öyrətmək istəyənlər insanlar üçün geniş bir məkandır. Khan Academy 40-dan çox dildə, 190-dan çox ölkədə təhsil üçnü geniş istifadə olunu Xarici ölkələrin təcrübəsindən yararlanaraq və yuxarıda deyilənlərə əsaslanaraq,Khan Academy ilə əməkdaşlıq Azərbaycanda da təhsilin inkişafı və innovaiyalar üzrə yaradılan əyani vəsait kimi həm şagirdlər, həm müəllimlər, həm də valideyilər asanlıqla istifadə edəcəklər.
Layihənin rəhbəri: 214 saylı tam orta məktəbin informatika müəllimi Vəliyeva Vəfa Kərəm qızıdır.

четверг, 14 декабря 2023 г.

Şagirdlərə aktyorluq bacarıqları öyrədilir

 Hər il Elm və Təhsil Nazirliyi Təhsildə və İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi keçirir. 2023/2024 dərs ilini əhatə edən VII qrant müsabiqənin qalibi olmuş “Şəxsiyyətin tərəqqi amfiteatrı” layihəsinin təlimləri uğurla davam etdirilir. 


 

Layihə çərçivəsində ümumilikdə 100 nəfər müəllimin iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə dərsin düzgün planlaşdırılması və şagirdlərin nailiyyətlərinin müntəzəm izlənilib düzgün qiymətləndirilməsinə nail olmaq məqsədilə müəllimlərlə planlaşdırma zamanı tədris vahidlərinin ardıcıllıq prinsiplərinin düzgün müəyyənləşdirməsi ilə bağlı müvafiq fəaliyyətlər həyata keçirilmişdir. Bundan əlavə formativ qiymətləndirmə strategiyaları hazırlanarkən perspektiv və cari planlaşdırma nümunələrinin hazırlanması, cari planlaşdırmada əsas məqamlar – keçiləcək mövzu üzrə standartın düzgün müəyyən edilməsi, həmin standartlar əsasında dərsin təlim-tərbiyə və inkişafetdirici məqsədlərini düzgün seçmək diqqət mərkəzində olmuşdur. Eyni zamanda məqsədlərə uyğun olaraq qiymətləndirmə meyarlarının doğru seçilməsi, formativ qiymətləndirmənin təşkili qaydaları, formativ qiymətləndirmənin təşkilinin digər qiymətləndirmə növlərinin təşkilindən fərqliliyinin öyrənilməsi və formativ qiymətləndirmədə istifadə edilən üsul və vasitələrin fərqləndirilməsi əsas götürülmüşdür. yanaşmalarını ifadə etmişlər. Layihə zamanı iki dəfə monitorinq keçirilmiş və müdavimlərin nəaliyyəti izlənmişdir. Fikrimcə, layihə uğurlu olmuşdur. Bir-birinə məsuliyyət hissi olan insan toplumu heç şübhəsiz ki, mədəni bir toplumdur. Birliyi və həmrəyliyi olmayan, bir-birinə qarşı məsuliyyət hissindən məhrum olan insan kütləsi isə toplum deyil, sadəcə yığındır. Sağlam bir cəmiyyət bünövrəsinə qovuşmanın müxtəlif qanunları vardır ki, bu da iqtisadı qanunlardan psixoloji qaydalara qədər uzanıb gedir. Amma bütün bu qayda qanunların mənbəyində birlikdə yaşayan insanların öz mədəni həyatı və güzaranını sağlam təməllər üzərində qurması xüsusilə vacibdir. Bir cəmiyyət olaraq mədəni səviyyə ilə çağdaş birləşməni tapmaq, mədəni həyatı yurdun hər yanında bərabər şəkildə paylaşmaq, köklü mədəni səviyyələrdən yeni səviyyələrə doğru meyl etmək cəhdi, insanları toplumu yaralayan mədəni boşluqlardan, kəsirlərdən uzaqlaşdırır. Kütlənin sabahını, gələcəyini təminat altına almaq istəyiriksə, ilk növbədə uşaqlarımızın təlim və tərbiyəsindən başlamağa start verməliyik. Bu anlamda orta məktəblərdə teatr sənətinin tədrisi prosesi pozitiv nəticələrin əldə olunması üçün geniş perspektivlər aça bilər. 1. Teatr dərslərinin tədrisi prosesində şagirdlər ədəbi qəhrəmanın daxili aləmini, onların hansı ideal uğrunda mübarizə apardıqlarını, əsərin ideyasını və mahiyyətini aydın şəkildə başa düşməlidirlər
 

четверг, 23 ноября 2023 г.

Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi


Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi çərçivəsində layihənin ilk təlimi baş tutdu. Təlimlər şagirdlər üçün olduqca maraqlı və yadda qalan oldu. Təlimlər zamanı şagirdlərə:

 

Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:

 

• Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı

 

• Çox tez-tez və ağrılı sidik ifrazı

 

• Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı

 

• Cinsi orqanlar və anal dəlik (anus) sahəsində qızartı

 

• Bədəndə səpgilər

 

• Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar

 

• Böyümüş limfatik düyünlər (əsasən qasıq nahiyəsində)

 

• Qarının aşağı hissəsində ağrılar

 

Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:

 

• CYYİ bəzən əlamətsiz/gizli və ya qismən gizli simptomlarla keçə bilər.

 

• CYYİ yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər.

 

• CYYİ diaqnozu təsdiq olunduqda hər iki partnyor müayinə və müalicə olunmalıdır.

 

• CYYİ-nin müalicəsi yalnız dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır. Həkim məsləhəti olmadan öz-özünü müalicə xəstəliyin dərinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

 

• Tam sağalma üçün müalicə kursu mütləq başa çatdırılmalıdır.



воскресенье, 19 ноября 2023 г.

Quba məktəbliləri Erkən Nigaha Yox deyir!

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləri aşağıdakılardır:

Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması

Ailə planlaşdırılması

Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir.

Layihənin vəzifələri:

  1. Reproduktiv sağlamlığa dair maariflandinci təlimlərin keçirilməsi,
  2.  Səxsi gigiyena baradə məlumatlandırma
  3. Cinsi xəstəliklərin qarşisinin alınması
  4. Yeniyetmələrin-gələcək anaların sağlamlığı
  5. Aile planlaşdırılması va sağlam nəsil artımının ötürülməsi.

Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır.
 

"Demokratik Gənclər" İB və Bakı şəhər 216 nömrəli tam orta məktəb Xəzər rayonunda Yeni bir STEAM tədris prossesi başlanır


Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Günümüzün ən çox tələb olunan və gələcəyin peşələri siyahısında olan müxtəlif peşələri nəzərdən keçirdikdə, proqramlaşdırma və aloqritmləşdirmə bacarığının əhəmiyyətini bir daha anlayırıq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində bu layihə artıq öz bəhrəsini verir. Bu gün dünyanın bir çox ölkələrində tətbiq edilən STEAM ABŞ-da uşaq bağçalarında 3 yaşından etibarən öyrədilirsə, Sinqapur, İsrail,

Türkiyə və digər ölkələrdə də xüsusi məktəbləri, mərkəzləri fəaliyyət göstərir. Bu onu göstərir ki, komanda halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun texnologiyalardan istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafına kömək edən və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayan STEAM-ın tətbiqində hər kəs maraqlıdır. Bunun bir səbəbi də, ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayının 2023-cü ilin sonlarına kimi 9 milyon artacağı ilə bağlıdır. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində layihə üzrə seçilmiş şagirdlərlə yaradıcı bir dərs prosesi baş tutdu. Təlim.zamanı Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov şagirdlərə Elektrik mühəndisliyi, Ağıllı Ev konsepsiyasinın fəlsəfəsi haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, layihənin əsas tərəfdaş təşkilatı "Demokratik Gənclər" İB-dir. 


Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. Həyata keçirdiyimiz Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi layihəsi şagirdlərdə xüsusi bacarıqların formalaşmasına yardım edəcəkdir.


Qeyd edək ki, Baki şəhər 216 nömrəli tam orta məktəbi üzrə qrant qazanmış layihənin rəhbəri, məktəbin direktoru Rəhimova Səidədir. Bu layihə üzrə əsas hədəf Xəzər rayon 216 nömrəli tam orta məktəbdə STEAM fəlsəfəsi əsasında yeni bir tədris sisteminin qurulmasıdır.

 

четверг, 26 октября 2023 г.

“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

 Oktyabrın 27-də  Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan


“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

Görüşdə məktəbin heyəti, valideynlər və layihənin eksperti Ramil Süleymanov iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini  Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələrindən danışmış, layihə çərçivəsində görüləcək işlərlə qonaqları tanış etmişdir. Hər hansı bir işin uğurlu nəticəsi onun başlanğıcda effektiv maarifləndirmə işinin aparılmasından asılı olduğunu, maarifləndirmənin isə şagirdlər üçün yalnız sözlə şifahi olaraq deyil, animasiyalı filmlərin köməyilə həyata keçirməyin daha anlaşıqlı və faydalı olacağını, müntəzəm olaraq bu filmlərin məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını,  cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır.

вторник, 7 февраля 2023 г.

Həyata keçirlən təlimlər öz bəhrəsini verir


Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili”  layihəsinin “ Olimpada hazırlığına hazırlıq və seçim ” adlı təliminin iştirak edən şagirdlərə keçirilən dərslərin monitorinqi üçün, Məktəbin riyaziyyat müəllimi Kəmalə Orucova fənnini tədris etdiyi 6 “B” və 6 “D” siniflərində maraqlı təcrübə həyata keçirib. Müəllim əvvəlcədən şagirdlərə “Məlumatı toplama və təqdimetmə” tapşırığı verib. Şagirdlər onlara verilən müddət ərzində və tapşırıq əsasında ərzaq mağazalarını və yeməkxanaları müşahidə etməli idilər. Onlar ərzaq mağazalarından ən çox alınan malın və yeməkxanalarda ən çox istifadə olunan ərzağın miqdarın müəyyənləşdirib və müqayisə ediblər.
Məlumatlar toplandıqdan sonra şagirdlər sinifdə bunu müzakirə ediblər. Şagirdlərin müşahidəsi əsasında hazırlanmış təqdimatlardan aydın olub ki, ərzaq mağazalarından ən çox alınan məhsul şəkər, yeməkxanalarda ən çox istehlak olunan ərzaq isə meyvə şirələridir.  Debat üsulunda təşkil olunan dərsdə şagirdlər toplama, çıxma, vurma, bölmə əməllərindən istifadə ediblər. Dərsin sonunda müəllim qarşısına qoyduğu məqsədə nail olub. Dərs səmərəli ve faydalı keçib.

среда, 1 февраля 2023 г.

Riyaziyyat dərslərində şagirdlərlə iş metodikası


 Bu gün Azərbaycan təhsilinin və təhsil sahəsində çalışanların əsas məqsədi dünyanın təhsil meridianına çıxmaq, inkişaf etmiş ölkələrin təhsil təcrübəsi fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün təhsil sahəsində aparılan islahatlarda müəllimin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrdən ən mühümü müəllimin yüksək tədris keyfiyyətinə nail olmaqdır. Bunun ən səmərəli yolu şagirdlərdə fənnə maraq yaratmaqdır. 


Hər bir fənni, dərsi maraqlı etmək, sevdirmək o qədər də asan olmayan bir işdir. Bu iş müəllimin pedaqoji ustalığından, fənni, uşaqları necə sevməsindən asılıdır. Hər bir fənnin özünəməxsus çətinlikləri olduğu kimi riyaziyyat fənninin də çətinlikləri az deyil. Bunu riyaziyyat fənnini tədris edən müəllim olduğum üçün deyil, həqiqət olduğuna görə yazıram. Çoxları bunu etiraf etməsə də riyaziyyat fənni ilk baxışda "quru” təsir bağışlayır və onun dərinlikləri hamını qorxudur. Bəziləri bəzən "Bu fənni necə maraqlı etmək olar, orada düsturlar, rəqəmlər, hərflərdən başqa heç nə yoxdur” deyə fikirləşirlər...


Şagirdin dərsə marağı onun müstəqilliyindən, prosesdə fəal iştirak etməsindən asılıdır. Bunun üçün müəllim öz fənninə qarşı şagirddə maraq oyatmalıdır. Riyaziyyatda məsələ həlli şagirdlərin riyazi fəaliyyətini inkişaf etdirməyin səmərəli yoludur. Məsələ həlli zamanı şagirdlərin müstəqilliyi artır, təfəkkür fəallığı yüksəlir, nəzəri materialla praktik iş arasında əlaqə yaratmaq imkanı genişlənir. Bir məsələnin bir neçə yolla həll etdirilməsi şagirdin riyazi təfəkkürünün formalaşdırılmasına daha yaxşı təsir göstərir. Bu zaman onlar öz mülahizələrini irəli sürür və fikir mübadiləsi aparırlar.


Belə yanaşma - yaradıcı, düşündürücü məsələlərin düzgün seçilməsi və onların tədris olunan materialla əlaqələndirilməsi şagirdin məsələyə marağını artırır. Şagirdlərin yazı təfəkkürünün formalaşdırılması üçün məsələlərin çətinlik dərəcəsini tədricən artırmaq da məqsədəuyğundur. Uşaqlarda sərbəst məsələ tərtib etmək bacarığı yaratmaq lazım gəlir ki, çatışmayan şərti onlar axtarıb tapsınlar. Bu, çox vaxt sürətlərin müqayəsəsində istifadə edilir. Hansı sürət məlum deyilsə, şagird onu axtarıb tapıb məsələni həll etməlidir. Bu, şagirddə fənnə sevgini artırır.

 

Bəzən mövzulara maraq yaratmaq üçün əyləncəli elementlərdən istifadə etmək gözəl nəticə verir. Funksiya mövzusunun izahı zamanı cədvəl qurub məlum düsturla qiymətini hesablayaraq özlərinin cədvəli tamamlaması şagirdlərdə xüsusi maraq yaradır. Elə etmək lazımdır ki, dərsdə istifadə edilən əyləncə elementləri şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırsın, onları düşünməyə, yaradıcılığa, tədqiqata sövq etsin. Yəni şagird dərsdə nəyi isə özü öyrənsin.


Şagirdlərdə müstəqil fəaliyyət bacarığını inkişaf etdirmək yollarından biri də dərslik üzərində müstəqil işdir. Müstəqil iş yerinə yetirildikdən sonra şagirdlərlə birlikdə təhlil olunmalı, nöqsan və çatızmazlıqlar qeyd olunmalıdır. Müstəqil iş müəllimin nəzarətində aparılmalı, fəal şagirdlərin fikirlərini cəmləməsinə şərait yaradılmalı, zəif oxuyan şagirdlərə fərdi şəkildə kömək göstərilməlidir.


Riyaziyyatı sevdirməyin yollarından biri də şifahi hesabı inkişaf etdirmək, əyləncəli yollarla tez hesablamaq bacarığını aşılamaqdır. Sonuncu rəqəmi 5 ilə qurtaran ikirəqəmli ədədlərin kvadrata yüksəldilməsi, istənilən ədəddən kvadrat kökün alınması proseslərinin şifahi yerinə yetirilməsi şagirdlərdə böyük maraq yaradır. Onlar həmyaşıdları arasında bu üsulları bilmələri ilə qürurlanır və bunu hamıya nümayiş etdirməyə çalışırlar.


Belə müstəqil fəaliyyətə sövq edən tapşırıqlar şagirdlərdə düşünmə qabiliyyəti, müstəqil qərarlar qəbul etmək kimi mühüm bacarıqlar formalaşdırmaqla yanaşı fənni də sevdirir.

среда, 9 ноября 2022 г.

"Demokratik Gənclər" İB-nin tərədaşlığı ilə Riyaziyyat və Məntiq Olmiadalara ödənişssiz hazırlıq həyata keçirilir


Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illər istedadlı uşaqların aşkar və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir. İstedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin bir hissəsini təşkil etməklə ən əsas sahələrdən biri olaraq qalmaqdadır. Çünki istedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olacağıq. Hazırda məktəblilərin fənn müsabiqələri və beynəlxalq fənn olimpiadalarına hazırlıqla bağlı davamlı işlər həyata keçirilir.Aydın məsələdir ki, istedadları daha erkən yaşlarda kəşf etdiyimiz təqdirdə şagirdlərin öz istedadları çərçivəsində onların zəruri hazırlığının artırılması istiqamətində ciddi işlərin aparılması mümkün olacaqdır. Elə bu məqsədlə artıq iki ildir ki, Təhsil Nazirliyi VII və VIII sinif şagirdləri arasında fənn müsabiqələri təşkil edir və onları həyata keçirir. Fənn müsabiqələrinin məntiqi nəticəsi ölkənin bütün şəhər və rayonlarından istedadlı uşaqları kəşf edərək onlarla xüsusi proqramlar əsasında təlim-tədris prosesini həyata keçirməkdən ibarətdir. 2015-2016-cı tədris ilində keçirilən fənn müsabiqələrinin nəticələrinə əsasən Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü lisey və kimya-biologiya təmayüllü liseyin nəzdində olimpiada mərkəzləri yaradılıb. Bu mərkəzlərdə hazırda olimpiadalara hazırlıq sinifləri fəaliyyət göstərir. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika, riyaziyyat və informatika, kimya- biologiya təmayüllü liseydə isə kimya və biologiya fənləri üzrə siniflər artıq fəaliyyətə başlamışdır. Mərkəzlərdə şagirdlərə siniflərə uyğun olaraq fənn kurikulumlarına müvafiq dərslər keçməklə yanaşı, müxtəlif beynəlxalq müsabiqə və olimpiadalara hazırlıq proqramları əsasında dərslər keçilir. Respublikanın bu sahədə ən tanınmış və təcrübəli pedaqoji heyəti tərəfindən aparılan dərslərdə şagirdlərə olimpiadalara hazırlıq proqramları əsasında dərslər təşkil olunmaqdadır. “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili” layihəsi seçilmiş 60 müdavimin və onlara dərs deyən müəllimlərin həyatında önəmli roy oynayacaqdır. Şagirdlər bu layihə çərçivəsində, onlara yaradılmış geniş imkanlardan faydalanmış olacaqlar.

 

Tural Quluzadə : PİK 2020 MMC-nin Peşəkar təlimçisi 

пятница, 2 декабря 2016 г.

Yeni yaradılan Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə

Yeni yaradılan Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb.
Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.
Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.
Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərəcək.
BŞTİ Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. Müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 23 dekabr 2016-cı il tarixinədək tdm@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.